Выбрать плеер:
Biləsuvarda dinin siyasiləşdirilməsi mövzusunda regional konfrans keçirildi - Baku TV
“Dinin siyasiləşdirilməsi bütün dünyada qəbuledilməz tendensiyadır”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Biləsuvarda təşkil olunan “Dinin siyasiləşdirilməsi: çağırışlar, risklər və din xadimlərinin məsuliyyəti” mövzusunda regional konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan dindarlarının əksəriyyəti bütün dövrlərdə dinin siyasiləşdirilməsinə qarşı olublar:
“Çünki ölkəmizdə din dövlətdən ayrıdır, eyni zamanda Azərbaycan xalqı öz dini-mənəvi təfəkküründən, həyat tərzindən irəli gələrək dini mənəviyyat kimi qəbul edir və onun siyasiləşməsinin əleyhinədir”.
Скопировано
Тег #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi используется
- Bakıda mədəni və dini irsin mühafizəsinə həsr olunmuş konfrans keçirilib - Baku TV
- “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans
- Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans - Baku TV
- Ağdaşda "Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid" kimi mövzusunda regional konfrans - Baku TV
- "Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində nümayəndə heyəti Xankəndidə - Baku TV
