Müəllimi güllələməkdə təqsirləndirilən şagirddən baş verənlərlə bağlı açıqlama - Baku TV
“İdrak” liseyində baş verən güllələnmə hadisəsi ilə bağlı məhkəmə prosesində yeni detallar açıqlanıb. Hadisəni törətməkdə ittiham olunan yeniyetmə atasının cinayət işi üzrə şahid qismində ifadə verərək silahı necə əldə etdiyini danışıb.
Onun sözlərinə görə, silahı ilk dəfə ailəsi Bakıya köçəndə polis baxışı zamanı görüb. Daha sonra isə təsadüfən qarderob otağında taparaq sinif yoldaşlarına göstərmək məqsədilə götürüb.
Yeniyetmə bildirib ki, silahı gizlətmək üçün qardaşının idman çantasına qoyub və ailə üzvlərinin bunu görəcəyini düşünərək məsuliyyətdən yayınmaq istəyib. Lakin planı baş tutmayıb və o, silahı özü ilə məktəbə aparıb.
Təqsirləndirilən şəxs müəlliminin ona qarşı sərt ifadələr işlətdiyini deyərək silahdan onu qorxutmaq məqsədilə istifadə etdiyini iddia edib. O, hadisəni niyə törətdiyini tam anlamadığını da əlavə edib.
Zərərçəkmiş müəllim Şəhla Kamilova isə ifadəsində bildirib ki, şagirddən belə bir hərəkət gözləməyib.
Onun sözlərinə görə, hadisə qəfil baş verib və o, əvvəlcə nə baş verdiyini anlamayıb. Müəllim boyun nahiyəsindən xəsarət aldığını qeyd edib.
Məhkəmədə həmçinin bildirilib ki, zərərçəkmiş şəxs təqsirləndirilənlə barışıb və ona qarşı şikayəti yoxdur.
Qeyd edək ki, ifadələr Binəqədi Rayon Məhkəməsində keçirilən iclas zamanı səsləndirilib.
Тег #İdrak liseyi используется
- "İdrak"da müəllimə atəş açan şagird məhkəmədə | Hadisənin detalları üzə çıxdı - Baku TV
- Şagird tərəfindən güllələnən müəllimlə bağlı yeni xəbər - Baku TV CANLI
- Sevgilisi ilə birgə 6 yaşlı oğluna işgəncə verən ana | 15 yaşlı qız atasını niyə öldürdü? - XÜLASƏ
- "İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxdı - Baku TV
- "İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı yeni detallar üzə çıxdı - Baku TV CANLI
