Выбрать плеер:

"Bu şəxslər üçün təhlükə var" | Təbii adı altında satılan kürünün tərkibində nə var? - Baku TV

28 июля 2026 27 просмотров

Balıq kürüsü yüksək qida dəyəri, zəngin vitamin tərkibi və faydalı xüsusiyyətlərinə görə ən qiymətli ərzaq məhsullarından hesab olunur. Lakin son vaxtlar bazarlarda və marketlərdə aşağı qiymətə satılan, süni şəkildə hazırlanan saxta kürü məhsullarına da rast gəlinir.

Satıcılar bildirirlər ki, təbii kürünü saxta məhsuldan ayırmağın ən etibarlı yolu onun quruluşuna diqqət yetirməkdir.

Onların sözlərinə görə, təbii kürü şirəli və yağlı olur, dənələri ağızda asanlıqla partlayır. Süni kürü isə elastik quruluşa malik olur, ağızda şar kimi hərəkət edir və partlamır.

Satıcılar qeyd edirlər ki, bəzi hallarda saxta kürünün üzərinə yağ çəkilsə də, bu yalnız təbii görüntü yaratmaq məqsədi daşıyır və diqqətlə baxdıqda fərqi hiss etmək mümkündür.

Qida mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, imitasiya olunan kürü əsasən bitki mənşəli və jelatinəbənzər maddələrdən hazırlanır. Məhsula rəng, dad və qoxu vermək üçün müxtəlif aromatizator, dadlandırıcılardan və rəngləndiricilərdən istifadə edilir.

O əlavə edib ki, bu cür məhsullar düzgün istehsal olunduğu halda etiket üzərində "imitasiya olunmuş kürü" kimi qeyd edilməli, tərkibi, istehsal və son istifadə tarixi, həmçinin allergenlər barədə məlumat tam şəkildə göstərilməlidir.

Mütəxəssis həmçinin qeyd edib ki, kimyəvi qatqı maddələrinin normadan artıq istifadəsi allergik reaksiyalar, dəri səpkisi, qaşınma, baş ağrısı və həzm sistemi pozuntularına səbəb ola bilər. Xüsusilə uşaqlar, hamilə və süd verən qadınlar, eləcə də xroniki xəstəlikləri olan şəxslər bu məhsulları seçərkən daha diqqətli olmalıdırlar.

Скопировано
Taxıl biçininin yavaş-yavaş yekunlaşdığı dövrdə sahələrdə vəziyyət necədir? - Baku TV

Taxıl biçininin yavaş-yavaş yekunlaşdığı dövrdə sahələrdə vəziyyət necədir? - Baku TV

Cəmiyyət
28 июля 2026 27 просмотров
İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan qalmaqallı iddia - Baku TV

İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan qalmaqallı iddia - Baku TV

Cəmiyyət
28 июля 2026 27 просмотров
Sığortalı kreditlər borcalan üçün hansı üstünlükləri yaradacaq? | İqtisadçıdan açıqlama - Baku TV

Sığortalı kreditlər borcalan üçün hansı üstünlükləri yaradacaq? | İqtisadçıdan açıqlama - Baku TV

Cəmiyyət
28 июля 2026 27 просмотров
"Xəcalət çəkirik, uşaqlarımızı... | Problemi həll edilməyən sakinlər özündən çıxdı - Baku TV

"Xəcalət çəkirik, uşaqlarımızı... | Problemi həll edilməyən sakinlər özündən çıxdı - Baku TV

Cəmiyyət
28 июля 2026 27 просмотров
Özünü və ailəsini təhlükəyə atanlar | Sakinlər xəbərdarlıqlara niyə məhəl qoymur? - Baku TV

Özünü və ailəsini təhlükəyə atanlar | Sakinlər xəbərdarlıqlara niyə məhəl qoymur? - Baku TV

Cəmiyyət
28 июля 2026 27 просмотров
Elşad Xosenin vəziyyəti ağırlaşdı? | Məşhur reperlə bağlı təcili məlumat - Baku TV

Elşad Xosenin vəziyyəti ağırlaşdı? | Məşhur reperlə bağlı təcili məlumat - Baku TV

Cəmiyyət
28 июля 2026 27 просмотров
Binəqədidə su xəttini təmir etmək istədilər, yol da dağıldı - Baku TV

Binəqədidə su xəttini təmir etmək istədilər, yol da dağıldı - Baku TV

Cəmiyyət
28 июля 2026 27 просмотров
Nəriman Həsənzadənin son durumu barədə təcili məlumat - Baku TV

Nəriman Həsənzadənin son durumu barədə təcili məlumat - Baku TV

Cəmiyyət
28 июля 2026 27 просмотров
Bakını toza basdıran nədir: külək, karxanalar, yoxsa nəzarətsizlik? - AKTUAL GÜNDƏM

Bakını toza basdıran nədir: külək, karxanalar, yoxsa nəzarətsizlik? - AKTUAL GÜNDƏM

Cəmiyyət
28 июля 2026 27 просмотров
Qarğıdalı yeyərkən dişlərdə mikroçatların yaranması riski arta bilər

Qarğıdalı yeyərkən dişlərdə mikroçatların yaranması riski arta bilər

Cəmiyyət
28 июля 2026 27 просмотров
Выбранные
icon