Выбрать плеер:

Alban dövrünə aid məbədin acınacaqlı vəziyyəti - Baku TV

21 марта 2026 321 просмотров

Balakən rayonunun Talalar kəndində yerləşən Nur kilsəsi tarixə qovuşmaq üzrədir. Alban dövrünün erkən xristian abidələrindən hesab olunan məbədin həm restavrasiya edilməsinə, həm də tədqiq olunmasına ehtiyac var.

Tarixçi Akif Məmmədlinin sözlərinə görə, məbədin zəng qülləsi hər an aşa bilər. Əsas bina erkən orta əsrlərə aid olsa da, zəng qülləsinin IX-XI əsrlərdə əlavə edildiyi ehtimal olunur. Tikintidə yerli çaydaşı və bişmiş əhəngdən istifadə edilib.

O qeyd edib ki, 1989-1990-cı illərdə qüllə tam salamat olsa da, son 30 ildə abidənin həm zəng qülləsi, həm də əsas ibadət zalının üst hissəsi tamamilə sıradan çıxıb:

“Bu abidə bizim qədim tariximizin sübutudur. Bölgədə tariximizi saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq üçün belə sübutları qorumalıyıq. Məbədin qısa zamanda bərpa edilməsi həm milli irsimizin qorunması, həm də bölgənin turizm potensialı üçün vacibdir”.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, abidənin tarixi və memarlıq əhəmiyyətinin müəyyən edilməsi üçün əraziyə baxış keçirilib. Tikili yeni aşkar edilmiş abidə kimi qeydiyyata alınıb. Abidənin dövlət reyestrinə daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən Edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılacaq.

Скопировано
Kirayə ev tutmaq istəyən tələbə qızların başına nə gəldi? - Çəkilişdən sonra isə... - Baku TV

Kirayə ev tutmaq istəyən tələbə qızların başına nə gəldi? - Çəkilişdən sonra isə... - Baku TV

Cəmiyyət
09 июля 2026 321 просмотров
Bu kənddə problemdən bol heç nə yoxdur | "Hamısı onların başına dəyir..." - Baku TV

Bu kənddə problemdən bol heç nə yoxdur | "Hamısı onların başına dəyir..." - Baku TV

Cəmiyyət
09 июля 2026 321 просмотров
Kondisionerlərlə bağlı xəbərsiz olduğunuz təhlükə | “Məndə elə hal olub ki...” - Baku TV

Kondisionerlərlə bağlı xəbərsiz olduğunuz təhlükə | “Məndə elə hal olub ki...” - Baku TV

Cəmiyyət
09 июля 2026 321 просмотров
"26 min cərimələdilər, inana bilmədim" | Sakin "Azəriqaz"la məhkəməlik oldu, amma... - Baku TV

"26 min cərimələdilər, inana bilmədim" | Sakin "Azəriqaz"la məhkəməlik oldu, amma... - Baku TV

Cəmiyyət
09 июля 2026 321 просмотров
"Kimsə görməyəndə gətirib atırlar" | Dəhşətə gətirən hadisə | "Yandırırlar, baxan yoxdur" - Baku TV

"Kimsə görməyəndə gətirib atırlar" | Dəhşətə gətirən hadisə | "Yandırırlar, baxan yoxdur" - Baku TV

Cəmiyyət
09 июля 2026 321 просмотров
"Xəstə olanda gözləyirik ki, ölsün, basdıraq" | Əhalinin başına oyun açan yol problemi - Baku TV

"Xəstə olanda gözləyirik ki, ölsün, basdıraq" | Əhalinin başına oyun açan yol problemi - Baku TV

Cəmiyyət
09 июля 2026 321 просмотров
Məşhur yay ləzzəti ilə bağlı həkimdən xəbərdarlıq

Məşhur yay ləzzəti ilə bağlı həkimdən xəbərdarlıq

Cəmiyyət
09 июля 2026 321 просмотров
Psixoloji durumu yerində olmayan şəxs müəllim işləyir? - Baku TV

Psixoloji durumu yerində olmayan şəxs müəllim işləyir? - Baku TV

Cəmiyyət
09 июля 2026 321 просмотров
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Baku TV

Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Baku TV

Cəmiyyət
08 июля 2026 321 просмотров
Dövlət qurmaq üçün niyə din lazım idi? | Sovet dövrü bizi kimliyimizdən necə uzaqlaşdırırdı? - AMİN

Dövlət qurmaq üçün niyə din lazım idi? | Sovet dövrü bizi kimliyimizdən necə uzaqlaşdırırdı? - AMİN

Cəmiyyət
08 июля 2026 321 просмотров
Выбранные
icon