Alkoqollu içki istifadə edənlərə xəbərdarlıq | Bu halda zəhərlənə bilərsiniz
Alkoqollu içkilərin əksər dərmanlarla istifadəsi tövsiyə edilmir. Etanol dərmanların təsirini gücləndirə və müxtəlif yan təsirlərə səbəb ola bilər, həmçinin onun hərəkətlərini dəyişdirə və ya terapiyanın müvəffəqiyyətini azaldar.
Tibb elmləri namizədi, “Hemotest” laboratoriyasının eksperti Olqa Ulankina alkoqolun dərmanlarla qarışdırılmasının təhlükəsindən danışıb:
“Nəticəni dərman qrupundan asılı olaraq proqnozlaşdırmaq olar. Məsələn sefalosporin antibiotikləri alkoqolun bədəndən çıxarılmasının qarşısını alır. Bu da asetaldehidin qanda yığılmasına səbəb olur. İnsanda zəhərlənmə əlamətləri ola bilər”.
Onun sözlərinə görə, antibiotiklər və spirt ayrı-ayrılıqda qaraciyərə mənfi, birləşdikdə isə depressiv təsir göstərir. Antiviral dərmanlar da spirtlə birləşdirilmir.
Alkoqol yalnız dərmanların təsirini neytrallaşdırmır, həm də xəstəliyin gedişatını ağırlaşdırır. Temperatur yüksəlir, ürəkbulanma və qarın ağrısı artır. Bundan əlavə, əksər allergiya dərmanlarını spirtli içkilərlə birlikdə qəbul etmək qəti şəkildə tövsiyə edilmir.