Cəmiyyət
Выбрать плеер:
Qazaxıstan Nəqliyyat Nazirliyindən AZAL təyyarəsi ilə bağlı təcili açıqlama
Qazaxıstanda 2024-cü ilin dekabr ayının sonunda baş vermiş “Azərbaycan Hava Yolları”na məxsus təyyarə qəzasının araşdırılması ilə bağlı yekun hesabat ən geci üç ildən sonra təsdiqlənəcək.
Bu barədə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyindən məlumat verilib.
Qurumdan bildirilib ki, təhqiqat işi Qazaxıstanın investisiyalar və inkişaf nazirinin müvafiq əmrinə uyğun olaraq həyata keçirilir və bu müddət 36 aydan çox çəkmir.
Qeyd edək ki, istintaq komissiyasının üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev 2024-cü ilin dekabrın 30-da “Kazinform” agentliyinə müsahibəsində bildirib ki, təhqiqatın ilkin və ya aralıq nəticələri 30 gün ərzində hazır olacaq.
Скопировано
Выбранные