Cəmiyyət
Выбрать плеер:

Ənvər Sadıqovun həyatını nə dəyişdi? | Toy bitən kimi qaçdım ki... - QAPQARA

06 января 2025 22 просмотров

Baku TV-nin “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı Xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqov olub.

Sənətkar olmağın xüsusiyyətlərindən danışan musiqiçi insanın dünyaya hansısa missiya üçün gəldiyini vurğulayıb:

“Əvvəl bunu dərk etmirik. Bizə hər şey adi gəlir. Amma yaş keçdikcə dərk edirsən ki, əslində, səni istiqamətləndirən qüvvə var imiş. Hiss edirsən ki, gördüyün iş səndə yaxşı alınır. Məsələn kiminsə 8 saat musiqi ilə məşğul olub əldə etdiyi nəticəyə sən 20 dəqiqədə nail olursan. Onda anlayırsan ki, bu qabiliyyət sənə verilib və başqa işlə məşğul olmağa haqqın yoxdur”.

Xalq artisti söyləyib ki, istedadla doğulan musiqiçi öz sənətinə bütün hallarda hörmətlə yanaşır:

“Sənətkar toya belə “onsuz da heç nə başa düşmürlər, nə çalsam, oynayırlar” düşüncəsi ilə baxmır. Vicdan həmin adamı belə davranmağa qoymur. Çox kasıb bir ailənin toyunda elə çalğı olur ki, musiqiçini tər-qan aparır. Toy sahibi gəlib qarşında dayanıb demək istəyir ki, sənə can qoyduğun qədər pul verməmişəm axı”.

Ə.Sadıqov başına gələn hadisələrdən danışarkən bəzi yaşadıqlarının həyatının dönüş nöqtəsi olduğunu deyib:

“Məndən asılı olamayan çox şey olub. Elə hadisə baş verib ki, ondan necə salamat çıxdığımın cavabını hələ də tapa bilmirəm. Həyatımla vidalaşa biləcəyim bir fəlakət idi. Hadisənin üstündən 24 il keçib. Həmin günü ikinci doğum günüm hesab edirəm”.

Скопировано
Xaçmazdakı Müqəddəs Möcüzəvi Nikolay Kilsəsində Milad bayramı qeyd olundu | Sakinlər danışdı

Xaçmazdakı Müqəddəs Möcüzəvi Nikolay Kilsəsində Milad bayramı qeyd olundu | Sakinlər danışdı

Cəmiyyət
07 января 2025 22 просмотров
Passiv həyat tərzinin fəsadları | Fiziki aktivlik bu xəstəliklərin qarşısını alır

Passiv həyat tərzinin fəsadları | Fiziki aktivlik bu xəstəliklərin qarşısını alır

Cəmiyyət
07 января 2025 22 просмотров
Çayxorlara bəd xəbər | Bu çayları içmək tövsiyə olunmur

Çayxorlara bəd xəbər | Bu çayları içmək tövsiyə olunmur

Cəmiyyət
07 января 2025 22 просмотров
Yorğunluğu hiss etdiyiniz zaman... | 10 saniyəlik məşqin faydası

Yorğunluğu hiss etdiyiniz zaman... | 10 saniyəlik məşqin faydası

Cəmiyyət
07 января 2025 22 просмотров
Gəncədə Milad bayramı ilə bağlı dini ayinlər icra edildi

Gəncədə Milad bayramı ilə bağlı dini ayinlər icra edildi

Cəmiyyət
07 января 2025 22 просмотров
Yaddaş sistemi necə işləyir? | Amerikalı alimlərdən maraqlı məlumatlar

Yaddaş sistemi necə işləyir? | Amerikalı alimlərdən maraqlı məlumatlar

Cəmiyyət
07 января 2025 22 просмотров
"Ukrayna dairəsi"ndəki təmir işləri yekunlaşdı | Sürücülər yeniliklərdən razıdır?

"Ukrayna dairəsi"ndəki təmir işləri yekunlaşdı | Sürücülər yeniliklərdən razıdır?

Cəmiyyət
07 января 2025 22 просмотров
Fuad Zeynalov hadisənin təfərrüatını açıqladı | İdmançılar həbs edildi

Fuad Zeynalov hadisənin təfərrüatını açıqladı | İdmançılar həbs edildi

Cəmiyyət
07 января 2025 22 просмотров
Sürücülərin işi çətinləşdi | Sumqayıtda cərimələnməyə səbəb olan işıqfor problemi - NECƏ OLMALIDIR?

Sürücülərin işi çətinləşdi | Sumqayıtda cərimələnməyə səbəb olan işıqfor problemi - NECƏ OLMALIDIR?

Cəmiyyət
07 января 2025 22 просмотров
Yoluxucu xəstəliklər şöbələrində kifayət qədər yer var?

Yoluxucu xəstəliklər şöbələrində kifayət qədər yer var?

Cəmiyyət
07 января 2025 22 просмотров
Выбранные
icon