Выбрать плеер:
ANAMA rəhbərindən maraqlı izah
“İt bələdçisi məzuniyyətə gedəndə itin yeni bələdçi ilə tam gücü ilə işləməsi, ona qarşı bağlılığın yaranması müəyyən bir vaxt aparır. Siçovulda isə bir qədər fərqlidir. Onun üçün kiminlə işləməsinin fərqi yoxdur. Siçovul yemək üçün işləyir”.
Bu sözləri ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə deyib.
“İt təxminən 7 saat məhsuldar işləyə bilirsə, siçovulun məhsuldarlığı 4 saatdan artıq deyil”, – deyə o əlavə edib.
Скопировано
