Artıq dərəcədə emal olunmuş qidalar ömrü qısaldır
Şəkərlə şirinləşdirilmiş içkilər, kartof çipsləri və qablaşdırılmış peçenyelər kimi ultra emal olunmuş məhsulların qəbulu sağlamlıq üçün mənfi nəticələrə gətirib çıxara bilər.
Tədqiqatçıların sözlərinə görə, hər gün əlavə qəbul edilən 100 qram ultra emal olunmuş məhsul arterial hipertenziya, digər ürək-damar xəstəlikləri, xərçəng, həzm sistemi xəstəlikləri, ölüm halları və digər riskləri artırır.
Ultra emal olunmuş məhsullara sənaye üsulu ilə hazırlanmış çörək məmulatları, şəkərlə şirinləşdirilmiş içkilər, kartof çipsləri, şokoladlı qənnadı məmulatları, konfetlər, qablaşdırılmış peçenyelər və s. aiddir.
Ekspertlər ultra emal olunmuş məhsulların qəbulunu tədricən azaltmağı, onları daha qidalandırıcı, minimal emaldan keçmiş məhsullarla əvəz etməyi tövsiyə ediblər.
