Cəmiyyət
Выбрать плеер:
Azərbaycan-Fransız Universiteti bağlanacaq? | ADNSU-dan açıqlama
Bakı Fransız Liseyinin bağlanma qərarından sonra Fransız-Azərbaycan Universitetinin (UFAZ) taleyi ağıllarda sual yaradıb.
Maraqlıdır, belə bir addım sözügedən təhsil müəssisəsi ilə də bağlı atıla bilərmi?
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin departament direktoru Bəhruz Nəzərov bildirib ki, UFAZ öz fəaliyyətini adi qaydada davam etdirir:
“Yeni tədris ilindən etibarən həm bakalavr, həm də magistr səviyyəsində yeni ixtisasların tədrisi başlayacaq”.
Təhsil Nazirliyindən verilən məlumata görə, Fransız-Azərbaycan Universiteti hazırda fəaliyyətini davam etdirir və bağlanması ilə bağlı hər hansı bir müzakirə aparılmır.
Скопировано
Выбранные