Выбрать плеер:

Bakı metrosunda Qırmızı və Yaşıl xətlər niyə ayrılır? - Ekspertlər açıqladı - Baku TV

11 августа 2026 107 просмотров

Xəbər verildiyi kimi, “Bakı Metropoliteni”ndə Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır.

Avqustun 15-dən etibarən layihə çərçivəsində tikinti işlərinə start veriləcək. İşlərin təxminən 10-11 ay davam edəcəyi gözlənilir. Bu müddət ərzində Nizami–28 May stansiyaları arasında qatarların hərəkəti olmayacaq.

Layihə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilir.

Əsas məqsəd Qırmızı və Yaşıl xətlər arasında mövcud asılılığı aradan qaldırmaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və metroda hərəkətin dayanıqlılığını təmin etməkdir.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, hazırda iki xəttin bir stansiyada kəsişməsi və üç istiqamətin iki depodan idarə olunması texniki baxımdan müəyyən məhdudiyyətlər yaradır:

“Şəhər böyüyür, amma bunlar metronun inkişafını əngəlləyən elementlərdir və bu boşluğu aradan qaldırmaq üçün xətlərin ayrılması layihəsinə start verilir”.

Ekspert Eldəniz Cəfərov da layihənin metroda daşıma imkanlarının artırılmasına müsbət təsir göstərəcəyini düşünür. Onun sözlərinə görə, xətlərin müstəqil fəaliyyət göstərməsi hər bir istiqamətdə qatarların hərəkətinin daha çevik idarə olunmasına, intervalların optimallaşdırılmasına və sərnişin sıxlığının daha effektiv tənzimlənməsinə şərait yaradacaq.

Скопировано
Fərman Həsənov UFC qələbəsinin arxasındakı həqiqətləri, yaşadığı çətinlikləri danışdı - QAPQARA

Fərman Həsənov UFC qələbəsinin arxasındakı həqiqətləri, yaşadığı çətinlikləri danışdı - QAPQARA

Cəmiyyət
24 августа 2026 107 просмотров
Yasamalda bu əraziyə girişi kimlər bağlayıb? - "Dəfələrlə şikayət etmişik, deyirlər ki..." - Baku TV

Yasamalda bu əraziyə girişi kimlər bağlayıb? - "Dəfələrlə şikayət etmişik, deyirlər ki..." - Baku TV

Cəmiyyət
24 августа 2026 107 просмотров
Burada hər an faciə yaşana bilər | Sakinlər niyə təhlükədədir? - Baku TV CANLI

Burada hər an faciə yaşana bilər | Sakinlər niyə təhlükədədir? - Baku TV CANLI

Cəmiyyət
24 августа 2026 107 просмотров
Əliyar Əliyev küçəsinin sakinləri acınacaqlı vəziyyətdən təngə gəliblər

Əliyar Əliyev küçəsinin sakinləri acınacaqlı vəziyyətdən təngə gəliblər

Cəmiyyət
24 августа 2026 107 просмотров
"Belə şey görməmişdim" | Lənkəranda qeyri-adi hadisə | Ancaq yatanda... - Baku TV

"Belə şey görməmişdim" | Lənkəranda qeyri-adi hadisə | Ancaq yatanda... - Baku TV

Cəmiyyət
24 августа 2026 107 просмотров
"Görəndə dəhşətə gəlirik" | 100 ildir inanc yeri olan məkanda müəmmalı hadisə - Baku TV

"Görəndə dəhşətə gəlirik" | 100 ildir inanc yeri olan məkanda müəmmalı hadisə - Baku TV

Cəmiyyət
24 августа 2026 107 просмотров
"Gəlirlər, söz verirlər bizə..." | Qazsız və istiliksiz qalan 16 mərtəbəli bina

"Gəlirlər, söz verirlər bizə..." | Qazsız və istiliksiz qalan 16 mərtəbəli bina

Cəmiyyət
24 августа 2026 107 просмотров
Evləri təhlükəli heyvanlar basdı, sakinlər təhlükədə qaldı - Baku TV CANLI

Evləri təhlükəli heyvanlar basdı, sakinlər təhlükədə qaldı - Baku TV CANLI

Cəmiyyət
24 августа 2026 107 просмотров
"İki dəfə gürzə öldürüblər" | Sakinləri qorxudan gözlənilməz təhlükə - Baku TV

"İki dəfə gürzə öldürüblər" | Sakinləri qorxudan gözlənilməz təhlükə - Baku TV

Cəmiyyət
24 августа 2026 107 просмотров
"Pişikləri də həmin ilan öldürüb" | Mərkəzi küçələrdə yaşayan sakinlərin fəryadı - Baku TV

"Pişikləri də həmin ilan öldürüb" | Mərkəzi küçələrdə yaşayan sakinlərin fəryadı - Baku TV

Cəmiyyət
24 августа 2026 107 просмотров
Выбранные
icon