Выбрать плеер:
Bakıda havanın temperaturu neçə dərəcə olacaq?
İyulun 13-ü və 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə olacağı gözlənilir.
Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Havanın maksimal temperaturu Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 35-38, bəzi yerlərdə 40, dağlıq ərazilərdə isə 28-33 dərəcə isti olacaq.
Скопировано
