Выбрать плеер:

"Nə işləyə bilir, nə də..." | Anadangəlmə xəstəliyi olan gəncin pensiyası niyə kəsilib? - Baku TV

15 декабря 2025 273 просмотров

Şəkinin Çeşməli kənd sakini Azər Abdullayev Baku TV-nin qaynar xəttinə müraciət edərək oğlunun problemi ilə bağlı aidiyyəti qurumdan kömək istəyir.

O bildirir ki, 25 yaşlı övladı Elməddin Abdullayev anadangəlmə bağırsaq keçməzliyindən əziyyət çəkir. Ağır xəstəliyi olan gəncə 2005-ci ildən əlillik təyin edilsə də, 2024-cü ilin noyabrında pensiyası kəsilib.

Elməddin Abdullayev deyir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, problem həllini tapmır:

“Oğlum üçün çox qapılara getmişik, çox xəstəxanaları gəzmişik. İşləyə bilmir, məktəbə, hərbi xidmətə gedə bilməyib. Ağır əməliyyatlardan çıxmış adamın pensiyası kəsilməli deyil. Özüm fəhləyəm. Qazandığım pulları onun yolunda tökmüşəm. Dərman qəbul etməsə, həftələrlə ağrı çəkir”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Elməddin Abdullayevin əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 1 il ərzində tibb müəssisəsi tərəfindən heç bir “Forma 88” göndərişi rəsmiləşdirilməyib:

“Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Elməddin Abdullayevlə bağlı yeni “Forma 88” sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər”.

Скопировано
Sumqayıtda WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

Sumqayıtda WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - Baku TV

Cəmiyyət
12 мая 2026 273 просмотров
"Nəsə bişirəndə bizə də göndərirlər" | Kərkicahan sakinlərinin günü necə keçir? - Baku TV

"Nəsə bişirəndə bizə də göndərirlər" | Kərkicahan sakinlərinin günü necə keçir? - Baku TV

Cəmiyyət
12 мая 2026 273 просмотров
“Seranit Azerbaijan” və “Sinerji Pro”dan təşəbbüs | Bakıda önəmli müzakirələr aparıldı - Baku TV

“Seranit Azerbaijan” və “Sinerji Pro”dan təşəbbüs | Bakıda önəmli müzakirələr aparıldı - Baku TV

Cəmiyyət
12 мая 2026 273 просмотров
Bura axşamlar bir başqa gözəldir... | Addım-addım dirçələn Xankəndi - Baku TV

Bura axşamlar bir başqa gözəldir... | Addım-addım dirçələn Xankəndi - Baku TV

Cəmiyyət
12 мая 2026 273 просмотров
Qubanın hansı kəndləri ilə bağlı qərar qəbul edildi? - Baku TV CANLI

Qubanın hansı kəndləri ilə bağlı qərar qəbul edildi? - Baku TV CANLI

Cəmiyyət
12 мая 2026 273 просмотров
"Adını yaza bilmir" | 16 yaşlı oğlanın pensiyası niyə kəsilib? | "Müalicə etdirə bilmirəm” - Baku TV

"Adını yaza bilmir" | 16 yaşlı oğlanın pensiyası niyə kəsilib? | "Müalicə etdirə bilmirəm” - Baku TV

Cəmiyyət
12 мая 2026 273 просмотров
"Biz təhsil almalıyıq ki..." | Qarabağın gələcəyinə töhfə verən təhsil ocağı - Baku TV

"Biz təhsil almalıyıq ki..." | Qarabağın gələcəyinə töhfə verən təhsil ocağı - Baku TV

Cəmiyyət
12 мая 2026 273 просмотров
Yurd həsrəti bitən şəhid ailəsi | "Evlərimiz yandı, amma inanırdıq ki, qayıdacağıq..." - Baku TV

Yurd həsrəti bitən şəhid ailəsi | "Evlərimiz yandı, amma inanırdıq ki, qayıdacağıq..." - Baku TV

Cəmiyyət
12 мая 2026 273 просмотров
Büdcəyə uyğun keyfiyyətli avtomobil axtarırsınızsa, "Wuling Alvez" tam sizlikdir! - Baku TV

Büdcəyə uyğun keyfiyyətli avtomobil axtarırsınızsa, "Wuling Alvez" tam sizlikdir! - Baku TV

Cəmiyyət
12 мая 2026 273 просмотров
Qaraciyəri təbii yolla təmizləyən əsas qidalar

Qaraciyəri təbii yolla təmizləyən əsas qidalar

Cəmiyyət
12 мая 2026 273 просмотров
Выбранные
icon