Cəmiyyət
Выбрать плеер:

Bakıda qiyməti milyonlarla manat olan mənzillər

18 апреля 2024

Vaxtilə Bakı milyonçularından olmuş Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb.

Baku TV-nin araşdırması nəticəsində məlum olub ki, Qoqol, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan “Neftçi Qurban” kimi tanınan Ağaqurban Əliyev və oğlu Yalçın Əliyev yaşayıb.

Bir neçə ay əvvəl həmin mənzildə Yalçın Əliyevin cəsədi aşkarlanıb. Mənzildə ondan başqa kimsə yaşamadığından məşhur neftçinin oğlunun ölümündən də ilk günlər heç kəs xəbər tutmayıb. Yalnız onun vəfatından 7 ay sonra mərhumun cəsədi dövlət strukturlarının əməkdaşları tərəfindən aşkarlanaraq dəfn edilib.

Hazırda mənzil satışa çıxarılıb. Əmlak saytlarından birində yerləşdirilən elanda 200 kvadratmetr sahəsi olan sözügedən mənzilin 1 milyon 200 min manata satıldığı, real müştəriyə endirim olunacağı qeyd edilib.

Paytaxtda isə tarixi binalarla yanaşı, yeni tikilən binalarda da qiyməti milyonlarla olan mənzillərə rast gəlmək mümkündür.

Əmlakçıların sözlərinə görə, paytaxtda ən bahalı mənzilin bir kvadratmetrinin qiyməti 8000 manatdır. Köhnə binalarda satışa çıxarılan mənzillərin qiyməti 3-4 milyon manata qədər yüksəlir. Lakin vasitəçilər deyirlər ki, bu qiymətə köhnə tikililərdə mənzil alışı çox az hallarda olur. 

Скопировано
“CineMastercard”dan daha bir yenilik | Molla Nəsrəddin haqqında film çəkiləcək

“CineMastercard”dan daha bir yenilik | Molla Nəsrəddin haqqında film çəkiləcək

Cəmiyyət
02 мая 2024
Heksavaksin məcburidir, yoxsa könüllü? | Valideynlərin yeni vaksinə münasibəti

Heksavaksin məcburidir, yoxsa könüllü? | Valideynlərin yeni vaksinə münasibəti

Cəmiyyət
02 мая 2024
Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar | Qurum məsələyə qarışdı

Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar | Qurum məsələyə qarışdı

Cəmiyyət
02 мая 2024
Bizə tapşırmışdılar ki, harada kamera görsəniz...| Amin Musayev

Bizə tapşırmışdılar ki, harada kamera görsəniz...| Amin Musayev

Cəmiyyət
02 мая 2024
Amin Musayev döyüş zamanı əynində olan geyimini tapdı

Amin Musayev döyüş zamanı əynində olan geyimini tapdı

Cəmiyyət
02 мая 2024
“Koroğlu” stansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılır

“Koroğlu” stansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılır

Cəmiyyət
02 мая 2024
Gözümü açdım ki, xəstəxana kimi yerdəyəm, qollarım bağlı... | Amin Musayev

Gözümü açdım ki, xəstəxana kimi yerdəyəm, qollarım bağlı... | Amin Musayev

Cəmiyyət
02 мая 2024
Evləri su aparıb, nə qədər gözləyək? - Bayıl sakinlərinin şikayəti

Evləri su aparıb, nə qədər gözləyək? - Bayıl sakinlərinin şikayəti

Cəmiyyət
02 мая 2024
Bütün ailə birlikdə çimir, qocalara robotlar baxır | Tokio - Oralarda necədir?

Bütün ailə birlikdə çimir, qocalara robotlar baxır | Tokio - Oralarda necədir?

Cəmiyyət
02 мая 2024
Laçının Sus kəndindəki yeni evlərin görüntüsü | Başqa nələr tikildi?

Laçının Sus kəndindəki yeni evlərin görüntüsü | Başqa nələr tikildi?

Cəmiyyət
02 мая 2024
Выбранные
icon