Boğazı ağrıyanlar bu çayı içsin | Həm ürəyə xeyirlidir, həm də...
Razyana çayı sağlamlığa faydalı xüsusiyyətləri ilə tanınır. O, həzm sistemini rahatlaşdırır, qaz və şişkinliyi aradan qaldırır. Eyni zamanda iltihab əleyhinə xüsusiyyətləri sayəsində boğaz ağrısına faydalıdır.
Razyana çayı immunitet sistemini dəstəkləyən digər antioksidantlarla da zəngindir. Bu yolla orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.
Sərbəst radikallarla mübarizə apararaq hüceyrələri oksidləşdirici stres zədələnməsindən qorumağa kömək edən bu içki soyuqdəymə və qrip əlamətlərini aradan qaldırır, öskürəyi kəsir. Tərkibindəki kalium və digər minerallar sayəsində ürək sağlamlığını dəstəkləyir və qan təzyiqini tənzimləməkdə faydalıdır.
Razyana çayı təbii iştah kəsicidir və həzmi yaxşılaşdırmaqla çəkiyə nəzarət etməyə kömək edə bilir. Antioksidant xüsusiyyətləri sayəsində göz sağlamlığını qoruyur və göz yorğunluğunu azaltmağa, həmçinin ağız qoxusunu aradan qaldırmağa yardımçı olur.
Razyana çayı hazırlamaq üçün bir stəkan qaynar suya bir çay qaşığı razyana toxumu əlavə edərək 5-10 dəqiqə dəmləyin. İstəyə görə bal və ya limon əlavə edə bilərsiniz. Bu çay gündə 2-3 stəkan istehlak edilə bilər. Çünki onun həddindən artıq istehlakı bəzi yan təsirlərə səbəb ola bilər.