Выбрать плеер:
“Bu itlərin əlindən yaşaya bilmirik” | Qorxu içində qalan sakinlərin problemi həll ediləcək?
Gəncə şəhərinin 20 Yanvar və Qızıl Arslan küçələrində yaşayan sakinlər sahibsiz itlərin onları narahat etdiyini deyirlər.
Uzun müddətdir problemin davam etdiyini söyləyən sakinlərin sözlərinə görə, itlər bir neçə sakinə xəsarət də yetirib.
“Nəvəm gecə işdən gələndə itlər ona hücum edib, qonşular əlindən güclə alıb. İtlərə görə burada yaşaya bilmirik”, – deyə şikayətçi Məlahət Həsənova narazılığını bildirib.
Скопировано
