Выбрать плеер:
Bu tarixlərdə yandırıb-yaxan istilər olacaq | Hava haqqında məlumat
İyulun 12 və 13-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 35-39° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın maksimal temperaturu Aran rayonlarında 35-39, bəzi yerlərdə 41, dağlıq ərazilərdə isə 27-32° isti olacaq.
Скопировано
