Cəlilabadda görünməmiş tapıntı | Qazıntılar zamanı görün nələr üzə çıxdı - Baku TV
Cəlilabad rayonunun Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji tədqiqatlar davam edir. Ərazidə aparılan növbəti qazıntı işləri zamanı mühüm maddi-mədəniyyət nümunələri üzə çıxarılıb.
Arxeoloji ekspedisiyanın rəhbəri Anar Ağazadə bildirib ki, builki tədqiqatlar nəticəsində Erkən Tunc dövrünə aid təsərrüfat quyuları, tikili qalıqları, ocaq kürələri, ocaq yerləri və digər maddi-mədəniyyət nümunələri aşkar edilib:
“Abidədə məskunlaşma uzun müddət və intensiv davam edib. Yaşayış yerinin üst təbəqəsində orta əsrlər dövrünə aid zəngin mədəni qat aşkarlanıb, şirli və şirsiz keramika qalıqları üzə çıxarılıb. Dərin qatlarda isə Erkən Tunc dövrü Kür-Araz mədəniyyətinin nümunələrinə rast gəlinir. Nazikdivarlı saxsı qablar xarakterik tapıntılar arasındadır. Bütün bunlar Xudutəpədə böyük istehsal ocaqlarının olduğunu deməyə əsas verir. Gələcəkdə Xudutəpə yaşayış yerində aparılacaq tədqiqatlarla tarixin daha dərin qatlarına aid yeni nümunələrin üzə çıxarılması nəzərdə tutulur”.
Тег #Cəlilabad используется
- Qədim yaşayış məskənində aparılan tədqiqatlar gözlənilməz nəticələr verdi - Baku TV CANLI
- Böyük şəhərlərə nümunə olan kənd | Necə oldu ki, bütün şagirdlər tələbə adını qazandı?
- "Girirlər suya, orada batıb qalırlar" | Əhali etiraz edir: "Pensiyaçıyam, girinc qalmışam" - Baku TV
- Cəlilabad və Zaqatalada heyvan bazarlarının fəaliyyətinə icazə verildi - Baku TV
- "50 faizini yandırdı..." | Fermerləri çarəsiz halda qoyan problem nədir? - Baku TV
