Выбрать плеер:

“Çörəyi çətinliklə tapırıq” | Ailənin ünvanlı sosial yardımı niyə dayandırılıb? - Baku TV

12 января 2026 369 просмотров

Lerik rayon sakini Qədir Qurbanov hazırda Bakıda kirayə evdə, işsiz və gəlirsiz vəziyyətdədir.

2025-ci ilə qədər Lerikdə “DOST” Agentliyində işləyən Qurbanovun 5 nəfərdən ibarət ailəsi həmin dövrdə 5 ay ünvanlı sosial yardım alıb. Lakin həm işdən çıxarılması, həm də yardımın kəsilməsi ailəni çıxılmaz vəziyyətə salıb.

Qədir Qurbanov iş tapmaq ümidi ilə Bakıya gəlib, amma nə iş var, nə də dolanmağa pul.

Ünvanlı sosial yardımın kəsilmə səbəbi rəsmi sənədlərdə torpaq və sığorta ödənişləri ilə bağlıdır. Amma ailə deyir ki, torpaq real gəlir gətirmir, sığorta ödəməyə isə pul yoxdur.

Qədir Qurbanov səhhətində ciddi problemlər olduğunu bildirib. Onun sözlərinə görə, ağır fiziki iş görə bilmir, çünki ürək-damar xəstəlikləri və onurğa problemləri var.

“İki övladım məktəblidir, onların məktəb ləvazimatlarını və tələbə övladımın kirayəsini ödəyə bilmirəm”, – deyə o vurğulayıb.

Qədir Qurbanov qeyd edir ki, kənddə adına olan 16 sot torpaq sahəsinin vergisini poçt vasitəsilə ödəsə də, ödənişlərin vergi orqanında vaxtında təsdiqlənməməsi səbəbindən problem yaranıb. Torpaqla bağlı çıxarış və bir illik vergi ödənişlərinin rəsmiləşdirilməsi isə təxminən 1200 manata başa gəlir ki, bu məbləği ödəmək ailə üçün mümkün deyil.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Qurbanov Qədir Qurbanəli oğlunun 7 mart 2024-cü il tarixli elektron müraciətinə əsasən, ailəyə ünvanlı sosial yardım təyin edilib. Lakin elektron monitorinq nəticəsində müəyyən olunub ki, ailə üzvü Cahangirova Könül Eldar qızı məşğulluğunu pay torpağı ilə təsdiqləsə də, təyinatdan sonra yalnız həmin ilin sentyabr ayı üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini edib. Bu səbəbdən sosial yardım 2025-ci ilin yanvar ayından dayandırılıb.

Bundan sonra ailə 16 sentyabr 2025-ci il tarixində elektron sistemə yenidən müraciət edib. Həmin müraciətə də elektron sistem tərəfindən imtina verilib. Belə ki, imtinaya səbəb ailə üzvü Könül Cahangirovanın məşğulluğunu təsdiq edən ödənişlərinin olmaması olub.

Nazirlikdən əlavə edilib ki, hazırda Qədir Qurbanov ailənin əmək qabiliyyətli üzvü olsa da, məşğulluğu olmayan şəxsdir. Adıçəkilən şəxs məşğulluğunu təmin edərsə və ailə üzvü Könül Cahangirova torpaqla bağlı ödənişləri ardıcıl şəkildə davam etdirərsə, ailə sosial yardımla bağlı yenidən müraciət edə bilər.

Скопировано
Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb - Baku TV

Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb - Baku TV

Cəmiyyət
16 июня 2026 369 просмотров
Nazir Məcnun Məmmədov taxıl biçini prosesinin gedişi ilə yaxından maraqlandı - Baku TV

Nazir Məcnun Məmmədov taxıl biçini prosesinin gedişi ilə yaxından maraqlandı - Baku TV

Cəmiyyət
15 июня 2026 369 просмотров
Tibb müəssisəsində işçilərdən pul yığılır? | "Yayılan o görüntülər..." - Baku TV

Tibb müəssisəsində işçilərdən pul yığılır? | "Yayılan o görüntülər..." - Baku TV

Cəmiyyət
15 июня 2026 369 просмотров
"2 dəfə ölümü görüb qayıtmışam" | Sabun doğrayan qadının xərçənglə mübarizəsi - ARZUNUN VAXTI

"2 dəfə ölümü görüb qayıtmışam" | Sabun doğrayan qadının xərçənglə mübarizəsi - ARZUNUN VAXTI

Cəmiyyət
15 июня 2026 369 просмотров
Ailənin sosial yardımı niyə kəsilib? - "Bacımın uşaqlarını himayəmə götürəndə..." - Baku TV

Ailənin sosial yardımı niyə kəsilib? - "Bacımın uşaqlarını himayəmə götürəndə..." - Baku TV

Cəmiyyət
15 июня 2026 369 просмотров
Bu sakinlərin həyatı görün niyə risk altındadır | "Camaat əziyyət çəkir!" - Baku TV

Bu sakinlərin həyatı görün niyə risk altındadır | "Camaat əziyyət çəkir!" - Baku TV

Cəmiyyət
15 июня 2026 369 просмотров
"Qazandığımızı ancaq ustalara veririk" | Mərkəzi yol niyə yararsız halda qalıb? - Baku TV

"Qazandığımızı ancaq ustalara veririk" | Mərkəzi yol niyə yararsız halda qalıb? - Baku TV

Cəmiyyət
15 июня 2026 369 просмотров
İsti havada iştahanın azalmasının səbəbi açıqlandı

İsti havada iştahanın azalmasının səbəbi açıqlandı

Cəmiyyət
15 июня 2026 369 просмотров
Alimlər şəkərdən imtina edilməsinin mənfi nəticələrini aşkar ediblər

Alimlər şəkərdən imtina edilməsinin mənfi nəticələrini aşkar ediblər

Cəmiyyət
15 июня 2026 369 просмотров
Avtobuslar səhər xəttə çıxmazdan əvvəl hansı prosedurlardan keçir? - Baku TV

Avtobuslar səhər xəttə çıxmazdan əvvəl hansı prosedurlardan keçir? - Baku TV

Cəmiyyət
14 июня 2026 369 просмотров
Выбранные
icon