“Dedi ki, burada mənəm, Bağdadda kor xəlifə!” | Ferma sakinlərin başına oyun açır? - Baku TV
Binəqədi rayonunun Binəqədi kəndi, Sədəf küçəsində yaşayan sakinlər ərazidəki quşçuluq fermasından şikayətçidirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, fermadan yayılan kəskin qoxu onların gündəlik həyatını çətinləşdirir. Onlar həyətə çıxmaqda, pəncərələri açmaqda çətinlik çəkdiklərini, xüsusilə uşaqların sağlamlığından narahat olduqlarını bildirirlər.
Sakinlər iddia edirlər ki, fermada 500-dən çox ev quşu saxlanılır. Onların sözlərinə görə, problemlə bağlı dəfələrlə müraciət etsələr də, məsələ həllini tapmayıb.
Ferma sahibi isə ərazidəki fəaliyyətinin qanuni olduğunu, yaşayış evlərinin qanunsuz tikildiyini bildirir.
Qeyd edək ki, tərəflər arasında yaranan mübahisə hazırda məhkəmə müstəvisində araşdırılır. Mübahisəyə hüquqi qiymət verilərək yekun qərar məhkəmə tərəfindən qəbul ediləcək.
