“Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV
Cəlilabad rayonunun Ağasadıq Gəraybəyli küçəsinin sakinləri təxminən beş ildir qaz problemi ilə üzləşdiklərini deyirlər.
Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirirlər ki, yeni salınmış yaşayış massivində qaz xətti küçənin girişinə qədər çəkilib. Amma evlərə qaz çəkməkdə çətinliklə üzləşiblər.
Vətəndaşlar sözügedən məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
“Beş ildir evlərimizə qaz çəkilmir, məcbur qalıb odun yandırırıq. Bizdən xəttin çəkilməsi üçün 10 min manat pul tələb edirlər. Kasıb adamlarıq, bu qədər məbləği necə toplayaq?!”, – onlardan biri söyləyib.
Digər bir sakin isə mövcud vəziyyətlə bağlı narazılığını belə ifadə edib:
“Üç ildir burada yaşayıram və demək olar ki, bütün bu müddəti qazsız, bərbad vəziyyətdə keçirmişəm. 21-ci əsrdə yaşayırıq, ocaqda yemək bişiririk”.
