Cəmiyyət
Выбрать плеер:

Dindarlar mənim xanımıma, qızıma qarışmasın | Ateist və ilahiyyatçının mübahisəsi - AMİN

19 декабря 2024

Baku TV-nin “Amin” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında jurnalist Vüsal Məmmədov və ilahiyyatçı Elvüsal Məmmədovla ateizm mövzusu müzakirə edilib.

Vüsal Məmmədovun sözlərinə görə, ateizm dinin insana təklif etdiyi dünyagörüşündən imtina etmək deməkdir:

“Ateizm dünyanı idrak etməyin formalarından biridir. Hesab edirəm ki, dinin təklif etdiyi dünyagörüşü mənə yaşadığım aləmi adekvat başa düşməyə kömək etmir. Mənim üçün “personlaşmış” bir ali şəxsin yaratmadığı Kainat reallığa daha yaxındır. Onu bu şəkildə qəbul edib “biz niyə varıq, həyat niyə yaranıb?” kimi suallara cavab axtarmaq daha məntiqlidir”.

Jurnalist dinin insanı mənəvi cəhətdən tərbiyə etməsinə də münasibət bildirib:

“İnsanın özünün yaratdığı etik normalar var. Onlar dinin təklif etdiyindən daha humanist, adekvatdır və bizi daha yaxşı yönləndirə bilər. Məsələn mənə görə qadının saçının görünməməsi vacib olmayan bir tələbdir. Çünki nə etik, nə də estetik əsası var. Amma kimsə buna ürəkdən inanırsa və vacib olduğunu müdafiə edirsə, onun həyatına müdaxilə etmərəm. Amma o da mənim xanımımın, qızımın həyatına qarışıb deməsin ki, sənin saçın görünməməlidir”.

V.Məmmədovun fikirlərinə qarşılıq olaraq ilahiyyatçı söyləyib ki, heç bir dindar küçədə qadını saçını bağlamağa məcbur etmir:

“Hicabın qeyri-estetik olduğunu deyiriksə, insan əxlaqına, mənəviyyatına, uşaqların tərbiyəsinə təsir göstərən geyim tərzinə də alqış tuta bilmərik. Valideyn olaraq bizdə instinkt formalaşır ki, övladlarımızı mənəvi aşınmadan, əxlaqsızlıqdan qorumalıyıq. Bu mənada ateizm din qarşısında əl-qolu bağlı qalır. Çünki ateizmə görə obyektiv əxlaq yoxdur”.

Скопировано
Saray körpüsündə ən son vəziyyət | Anbaan görüntülər

Saray körpüsündə ən son vəziyyət | Anbaan görüntülər

Cəmiyyət
19 декабря 2024
Tibbdə daha bir yenilik | Qan damarları barədə bu tədqiqat nəyə şərait yaradacaq?

Tibbdə daha bir yenilik | Qan damarları barədə bu tədqiqat nəyə şərait yaradacaq?

Cəmiyyət
19 декабря 2024
Ucuz evlərin qiyməti açıqlandı | Sənədli evlər bahalaşdı?

Ucuz evlərin qiyməti açıqlandı | Sənədli evlər bahalaşdı?

Cəmiyyət
19 декабря 2024
"Kapital Bank" 2025-ci il üçün hədəfləri açıqladı | Mühüm qərarlar müzakirə edildi

"Kapital Bank" 2025-ci il üçün hədəfləri açıqladı | Mühüm qərarlar müzakirə edildi

Cəmiyyət
19 декабря 2024
Müğənni Yeganənin adından istifadə edərək pul istənildi | Dələduzluğun yeni növü

Müğənni Yeganənin adından istifadə edərək pul istənildi | Dələduzluğun yeni növü

Cəmiyyət
19 декабря 2024
SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi" mövzusunda tədbir keçirildi

SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi" mövzusunda tədbir keçirildi

Cəmiyyət
19 декабря 2024
Aydın Dəmirçi üzr istədi | Şəkidə meşə ağaclarının kəsilməsi ilə bağlı açıqlama

Aydın Dəmirçi üzr istədi | Şəkidə meşə ağaclarının kəsilməsi ilə bağlı açıqlama

Cəmiyyət
19 декабря 2024
Hava şəraiti barədə sürücülərə xəbərdarlıq | AAYDA gücləndirilmiş iş rejiminə keçdi

Hava şəraiti barədə sürücülərə xəbərdarlıq | AAYDA gücləndirilmiş iş rejiminə keçdi

Cəmiyyət
19 декабря 2024
Çətinliklərlə üzləşdik, amma… | "İnanıram" monotamaşası Akademik Musiqili Teatrın səhnəsində

Çətinliklərlə üzləşdik, amma… | "İnanıram" monotamaşası Akademik Musiqili Teatrın səhnəsində

Cəmiyyət
19 декабря 2024
Keşlə bazarı sökülür | İcarədarları özündən çıxaran məsələyə AAYDA-dan cavab

Keşlə bazarı sökülür | İcarədarları özündən çıxaran məsələyə AAYDA-dan cavab

Cəmiyyət
19 декабря 2024
Выбранные
icon