Cəmiyyət
Выбрать плеер:
Dünyanı piyada gəzən britaniyalı səyyahlar | Azərbaycana Xəzər dənizini üzərək keçdilər
“Qoliat” ekspedisiyasını Xəzər dənizində davam etdirmək qərarına gələn tanınmış səyyahlar – Karl Buşbi və Anjela Maksvel Qazaxıstandan Azərbaycana Xəzər dənizini üzərək keçiblər.
Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi və təşkilatçılığı ilə keçirilən dəniz səyahəti Qazaxıstanın Aktau şəhəri yaxınlığındakı sahildən başlayıb.
Hər iki səyyah Azərbaycana çatmaq üçün 41 gün ərzində 288 kilometr məsafə qət edib.
Səyahət zamanı onlarla iki gənc idmançımız – 15 qat respublika çempionları Anastasiya Boborkina və Əbdürrəhman Rüstəmov da birgə üzüblər.
Səyyahları Bakıda gənclər və idman nazirinin müavini Mariana Vasileva və Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri qarşılayıblar.
Скопировано
Выбранные