Cəmiyyət
Выбрать плеер:

Uşaq qidalarının tərkibində ən çox bu məhsuldan istifadə edilir | Qurum məsələyə aydınlıq gətirdi

13 января 2025 71 просмотров

Rəsmi statistikaya görə, ölkəyə kərə yağından çox palma yağı gətirilir.

Belə ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 48 948 ton xam palma yağı və onun fraksiyaları daxil edilib. İlin 11 ayında isə ölkəyə 26 403 ton kərə yağı gətirilib. Hətta bu göstəricinin üzərinə 26 891 tonluq yerli istehsalı da əlavə etsək, palma yağı məhsullarının idxalının miqdarı ölkənin kərə yağı bazarının həcmindən ciddi fərqlənmir.

Ancaq maraqlıdır ki, marketlərin rəflərində üzərində kərə, günəbaxan və ya qarğıdalı yağı yazılan məhsullar yer alsa da, palma yağına rast gəlmək mümkün deyil.

Bəs ölkəyə gətirilən palma yağı harada istifadə edilir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, xarici ölkələrdə istehsal olunan uşaq qidalarının tərkibində palma yağı var:

“Keçən ilin ortalarında Azərbaycana idxal olunan bir neçə spred yağ barədə Qida Təhlükəsizliyi Agentliyi qarşısında məsələ qaldırdıq ki, həmin məhsulların üzərində mənşəyi haqqında məlumat qeyd edilsin. Çox təəssüf ki, müsbət cavab verilsə də, məsələ həll olunmayıb. Hətta başqa ölkələrdən gətirilən spred yağlara palma yağları qarışdırılsa da, heç kəs bunu etiraf etmək istəmir. Bu, istehlakçı hüququnun pozulmasıdır”.

Müxtəlif araşdırmalar palma yağından ölkədə yeyinti sənayesində geniş istifadə edildiyini göstərir.

Belə ki, dondurma, çips, şokolad, paketlənmiş çörək və bir sıra məhsulların hazırlanmasında istifadə edilir.

Monitorinqlər onu deməyə əsas verir ki, “bitki-kərə”, “bitki-yağ” spredi altında satılan məhsulların da tərkibində palma yağı geniş yer tutur. Lakin onların bəzilərinin üzərində kiçik hərflərlə tərkibində palma yağı olması göstərilsə də, bir çoxunda bu, “bitki” sözü adı altında gizlədilir.

Скопировано
Şirələr meyvələr qədər xeyirli deyil? | Vacib araşdırmanın nəticələri

Şirələr meyvələr qədər xeyirli deyil? | Vacib araşdırmanın nəticələri

Cəmiyyət
15 января 2025 71 просмотров
Kinoşünas Aydın Kazımzadənin 85 illiyi münasibətilə yubiley gecəsi keçirilib

Kinoşünas Aydın Kazımzadənin 85 illiyi münasibətilə yubiley gecəsi keçirilib

Cəmiyyət
15 января 2025 71 просмотров
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində "Sənətkarın dostu" layihəsi təşkil edildi

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində "Sənətkarın dostu" layihəsi təşkil edildi

Cəmiyyət
15 января 2025 71 просмотров
Bakıdakı Rus evində Mehriban Şəmsəddinskayanın fərdi sərgisinin açılışı olub

Bakıdakı Rus evində Mehriban Şəmsəddinskayanın fərdi sərgisinin açılışı olub

Cəmiyyət
15 января 2025 71 просмотров
Bu yumurtalar qadınları hamiləliyə hazırlamağa qadirdir | Alimlərdən maraqlı araşdırma

Bu yumurtalar qadınları hamiləliyə hazırlamağa qadirdir | Alimlərdən maraqlı araşdırma

Cəmiyyət
15 января 2025 71 просмотров
Yol bərbad vəziyyətdədir | Şamaxıda torpaq sürüşməsi sakinləri narahat edir

Yol bərbad vəziyyətdədir | Şamaxıda torpaq sürüşməsi sakinləri narahat edir

Cəmiyyət
15 января 2025 71 просмотров
Qırmızı işığın faydaları açıqlandı | Siçanlar üzərində araşdırma aparıldı

Qırmızı işığın faydaları açıqlandı | Siçanlar üzərində araşdırma aparıldı

Cəmiyyət
14 января 2025 71 просмотров
Azərbaycanlı əfsanəvi pilot AZAL-ın qəzaya uğrayan təyyarəsindən danışdı | Doğru cavab isə…

Azərbaycanlı əfsanəvi pilot AZAL-ın qəzaya uğrayan təyyarəsindən danışdı | Doğru cavab isə…

Cəmiyyət
14 января 2025 71 просмотров
Bakteriya inanılmaz kəşfə yol açdı | Bu üsuldan necə istifadə olunacaq?

Bakteriya inanılmaz kəşfə yol açdı | Bu üsuldan necə istifadə olunacaq?

Cəmiyyət
14 января 2025 71 просмотров
Qurumlar bizi yola verir... | Binə sakinləri suyun içində yaşamağa məcbur qaldı

Qurumlar bizi yola verir... | Binə sakinləri suyun içində yaşamağa məcbur qaldı

Cəmiyyət
14 января 2025 71 просмотров
Выбранные
icon