Cəmiyyət
Выбрать плеер:
Yol bərbad vəziyyətdədir | Şamaxıda torpaq sürüşməsi sakinləri narahat edir
Şamaxı rayon mərkəzindən 30 km məsafədə yerləşən Qonaqkənd kəndində torpaq sürüşməsi aktivləşib.
Sürüşmə nəticəsində avtomobil yolunda iri çatlar və uçqunlar əmələ gəlib.
Qonaqkənd kəndinə yeni avtomobil yolu 2019-cu ildə çəkilib. Lakin yol istifadəyə verildikdən 1-2 il sonra yolda sürüşmə halları qeydə alınmağa başlayıb.
Hazırda kəndə gedən avtomobil yolunun 4-5 nöqtəsində sürüşmə qeydə alınıb. Kənddən 3-4 km məsafədə baş verən uçqun nəticəsində asfalt örtüyü 40-50 m dərinlikdə çöküb, yolda iri çatlar əmələ gəlib və avtomobillərin hərəkəti çətinləşib.
Sakinlərin sözlərinə görə, bu problem dəfələrlə müvafiq qurumların diqqətinə çatdırılıb və yolun müxtəlif hissələrində təmir işləri aparılıb. Lakin bu da sürüşmənin qarşısını ala bilməyib.
Скопировано
Выбранные