Cəmiyyət
Выбрать плеер:
Kriptovalyutalara yatırım etmək sərfəlidir? - İqtisadçı və sakinlər danışdı
Baku TV paytaxt sakinləri arasında “Kriptovalyutaya yatırım etmisinizmi?” sualı ilə sorğu keçirib.
Sorğu iştirakçılarının əksəriyyəti kriptovalyuta barədə yetərincə məlumatlı olmadıqlarından yatırım etməyə maraqlarının yaranmadığını bildirib.
“Kriptovalyutaya yatırım etməmişəm. Adamı aldadırlar, ona görə də inanmıram”, – deyə sakin söyləyib.
Bununla belə Azərbaycanda kriptovalyutaya malik şəxslərin sayı az deyil. Qeyri-rəsmi məlumatlara görə, ölkədə kriptovalyutalarla əməliyyat aparan 120 min şəxs var.
Bəs kriptovalyutalarla investisiya etmək sərfəlidir?
Скопировано
Выбранные