Cəmiyyət
Выбрать плеер:
Baş verəcək partlayışla bağlı sakinlərə xəbərdarlıq | MN-dən məlumat
15-16 yanvar tarixlərində istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə nazirliyin məlumatında qeyd edilib.
Скопировано
Выбранные