İrandan ölkəmizə göndərilən qidalar barədə xəbərdarlıq | Ucuzdur, çünki...
“İrandan gələn məhsullara tələbat qiyməti ilə əlaqədardır. Çünki bu məhsullar digərləri ilə müqayisədə daha ucuz qiymətə təqdim olunur”.
Bunu Baku TV-də yayımlanan “Baku Aktual” verilişində Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova deyib.
“İrandan gətirilən məhsullarda GMO aşkar olunub. Qeyd edim ki, qanunvericiliyə görə, GMO-nun əkilməsi, becərilməsi, satılması qadağandır. Ancaq edilən dəyişikliklərə əsasən, heyvan yemlərində bəzi hallarda icazə verilir.
Məhsulların tərkibinə mütləq baxmaq lazımdır. Çünki əksəriyyətində soya lesitini var. Dünyada GMO-lu məhsullar sırasında soya bitkisi birinci yeri tutur. Bu səbəbdən nəinki İrandan, fərqli ölkələrdən gətirilən məhsulların tərkibində də soya lesitini var”, – deyə o əlavə edib.