Cəmiyyət
Выбрать плеер:
ƏDV-lərlə bağlı yenilik | Dəyişiklik kimlər üçün nəzərdə tutulur?
2025-ci ildən Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayanlara göstərilən tibbi xidmətlərə görə ödənilən əlavə dəyər vergisi geri qaytarılacaq.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Tibbi turizmin inkişafı və ölkəyə valyuta axınının stimullaşdırılması məqsədilə həyata keçirilən yenilik nağdsız qaydada aparılan ödənişlər üzrə əlavə dəyər vergisinə şamil olunur.
Dəyişikliyə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilən verginin geri qaytarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Скопировано
Выбранные