“Ən azı hörmətsizlikdir” | Şadlıq saraylarında siqaret çəkmək olarmı? - Baku TV
Qapalı məkanlarda siqaret çəkilməsi qanunla qadağan olunsa da, bəzi ictimai iaşə obyektlərində bu qaydaya hələ də əməl edilmir.
Xüsusilə şadlıq saraylarında siqaret çəkilməsi toy iştirakçılarının narazılığına səbəb olur. Vətəndaşlar bildirirlər ki, qapalı məkanda siqaret çəkilməsi həm sağlamlığa zərər vurur, həm də ətrafdakılara hörmətsizlikdir.
Baku TV-nin paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar məsələ ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
Sakinlərdən biri xüsusilə uşaqların olduğu mühitdə siqaret çəkilməsini qəbulolunmaz hesab etdiyini deyib: “Bir də görürsən ki, kişi qucağında uşağını tutub siqaret çəkir”.
Mövzu ilə bağlı hüquqşünas Vüsal Cəfərov xatırladıb ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun 10-cu maddəsində siqaret çəkilməsinə icazə verilməyən məkanlar dəqiq göstərilib:
“Restoran, kafe və barlar da daxil olmaqla, ictimai iaşə obyektlərində tütün istifadəsi qadağandır. İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinə əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə oluna bilərlər”.
Тег #Şadlıq sarayları используется
