"Sən çətin evlənəsən" | 2.20 m boyu olan oğlan niyə məşhur olmağın daşını atdı? - KƏNDİNƏ QAYIT
“Kəndinə qayıt” verilişinin yeni buraxılışında Beyləqan rayonunun Birinci Aşıqlı kəndinə səfər edilib.
Təxminən 2000 nəfərin yaşadığı kənddə əsas məşğuliyyət kənd təsərrüfatı və maldarlıqdır.
Kənd sakinlərindən biri bildirib: “Taxıl, kartof, pomidor əkirik – hamısı öz zəhmətimizin bəhrəsidir. Öz məhsulumuzun dadı tamam başqadır, alıb gətirdiyinlə eyni deyil”.
Verilişdə qədim tərəkəmə həyat tərzindən də bəhs olunub. Qeyd edilib ki, vaxtilə bölgə sakinləri daimi bir yerdə yaşamayıb, mövsümə uyğun olaraq köç ediblər. Onlar yay aylarını Kəlbəcər yaylaqlarında, qış fəslini isə aran ərazilərdə keçiriblər. Elə buna görə də “tərəkəmə” adlandırılıblar.
Buraxılışda kənd qadınlarının hazırladığı ənənəvi “ült-ültə lavaş” da diqqət çəkib. Onlar bu lavaşın yalnız Beyləqana məxsus olduğunu bildiriblər.
Тег #Beyləqan используется
- Beyləqanda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxslər saxlanıldı - Baku TV CANLI
- 2 yaşlı oğlan faciəvi şəkildə öldü | Babası dəhşətli hadisəni anbaan danışdı - Baku TV
- "Mercedes" markalı avtomobil aşdı: Ölən və yaralılar var - Baku TV
- Beyləqanda saxta içki istehsal edən müəssisə aşkarlandı
- Beyləqan polis əməkdaşları əməliyyat keçirdi | Saxlanılanlar var
