Выбрать плеер:

Ermənistan silahlı dəstələrinin hücumları ilə bağlı yeni detallar səsləndi

02 декабря 2025 300 просмотров

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Zərərçəkmiş şəxs Səbuhi Tağıyevin hüquqi varisi Sərdar Tağıyev qardaşının Laçında düşmən atəşi nəticəsində həlak olduğunu bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Zəka Vəliyev qeyd edib ki, Xocalı rayonunun Xanabad kəndi ərazisində Ermənistan Ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində Allahverdi Səfiyev və Elnur Kərimov həlak olub, o və Rəsul Ağayev isə yaralanıblar.

Nihad Seyidzadə isə vurğulayıb ki, düşmən tərəfindən Xocalı istiqamətində açılan atəşlər nəticəsində o, Murad Hüseynov və Rəvan Ağazadə müxtəlif növ bədən xəsarətləri alıblar.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Vahid Alcanov düşmənin genişmiqyaslı təxribatı nəticəsində Laçın rayonu ərazisinə atılan minaatan mərmisinin partlaması nəticəsində bir nəfərin həlak olduğunu, o və daha bir neçə şəxsin yaralandığını diqqətə çatdırıb.

Zərərçəkmiş şəxs Elgün İsmayılovun sözlərinə görə, Ağdərə rayonunun Gülyataq kəndi ərazisində Ermənistan Ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən avtomat silahlardan açılan atəşlər nəticəsində o və Səfər Hüseynquliyev xəsarət alıblar.

Zərərçəkən Bəxtiyar Hüseynov və Nüsrət Orucov bildirib ki, düşmənin Kəlbəcər rayonu istiqamətindəki təxribatı nəticəsində yaralananıblar.

Zərərçəkmiş Bəylər Kərimov və Cavid Xosiyev ifadələrində Ağdam-Xocalı istiqamətində düşmənin minaatandan açdığı atəş nəticəsində yaralandıqlarını deyib.

Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.

Скопировано
“Ateistdən bunu soruşun, Quran 2 kəlmə ilə deyir ki...” - İnsanın imana gəlişinə maneə nədir? - AMİN

“Ateistdən bunu soruşun, Quran 2 kəlmə ilə deyir ki...” - İnsanın imana gəlişinə maneə nədir? - AMİN

Cəmiyyət
01 апреля 2026 300 просмотров
"Bunları etmək stresi azaldır" | Bayramdan sonra işə necə adaptasiya olaq? - Baku TV

"Bunları etmək stresi azaldır" | Bayramdan sonra işə necə adaptasiya olaq? - Baku TV

Cəmiyyət
01 апреля 2026 300 просмотров
“Nargin. Sona qədər sirli” filminin nümayişi baş tutdu

“Nargin. Sona qədər sirli” filminin nümayişi baş tutdu

Cəmiyyət
01 апреля 2026 300 просмотров
"Elə bil ki, ömrüm artıb" | Zabux kəndinin sakini Prezidentlə söhbətindən danışdı - Baku TV

"Elə bil ki, ömrüm artıb" | Zabux kəndinin sakini Prezidentlə söhbətindən danışdı - Baku TV

Cəmiyyət
01 апреля 2026 300 просмотров
“Peyvənddən sonra belə oldu” | Ağır xəstəlikdən əziyyət çəkən Könülün anası imdad dilədi - Baku TV

“Peyvənddən sonra belə oldu” | Ağır xəstəlikdən əziyyət çəkən Könülün anası imdad dilədi - Baku TV

Cəmiyyət
01 апреля 2026 300 просмотров
"Instagram"ın ən böyük xəbər səhifələrindən olan BAKU.WS rekorda imza atdı - Baku TV

"Instagram"ın ən böyük xəbər səhifələrindən olan BAKU.WS rekorda imza atdı - Baku TV

Cəmiyyət
01 апреля 2026 300 просмотров
Tarixi nəticələrə imza atan “Baku TV” reytinqlərdə növbəti uğura nail oldu - Baku TV

Tarixi nəticələrə imza atan “Baku TV” reytinqlərdə növbəti uğura nail oldu - Baku TV

Cəmiyyət
01 апреля 2026 300 просмотров
Kəlbəcər-Laçın tunelindəki qətliamın şahidləri "Baku TV"yə danışdı - Baku TV

Kəlbəcər-Laçın tunelindəki qətliamın şahidləri "Baku TV"yə danışdı - Baku TV

Cəmiyyət
31 марта 2026 300 просмотров
Quba Soyqırımı Memorial Kompleksini minlərlə vətəndaş ziyarət edib - Baku TV

Quba Soyqırımı Memorial Kompleksini minlərlə vətəndaş ziyarət edib - Baku TV

Cəmiyyət
31 марта 2026 300 просмотров
Üç ayda 9 medal qazanan şagirdin uğur hekayəsi - Baku TV

Üç ayda 9 medal qazanan şagirdin uğur hekayəsi - Baku TV

Cəmiyyət
31 марта 2026 300 просмотров
Выбранные
icon