"Bunları etmək stresi azaldır" | Bayramdan sonra işə necə adaptasiya olaq? - Baku TV
Bir neçə gün istirahətdən sonra bir çox insan işə adaptasiya olmaqda çətinlik çəkir.
İstirahət günlərində dəyişən yuxu, qidalanma rejimi və gündəlik vərdişlər ilk iş günlərini bir qədər çətinləşdirir.
Psixoloqların fikrincə, adaptasiya prosesini asanlaşdırmaq üçün planlı hərəkət etmək və özünü yükləməmək lazımdır.
Psixoloq Vəfa Əkbərin sözlərinə görə, bayram günlərində bioloji ritmimiz və emosional vəziyyətimiz dəyişir, beyin istirahət rejiminə keçir:
“İşə qayıtdıqda tələb olunan məsuliyyət və intizam isə orqanizmdə müəyyən müqavimət yaradır. Bu keçid insanda azadlıqdan məhdudiyyət zonasına daxil olma hissi oyadır ki, bu da yorğunluq və həvəssizliklə müşayiət olunur. Adaptasiya üçün ilk iş günündə mürəkkəb tapşırıqlardan qaçmaq, kiçik rutinlərdən başlamaq və həmkarlarla təəssüratları bölüşmək lazımdır. İşdənkənar söhbətlər emosional bağlılığı bərpa edir və stresi azaldır”.
Тег #Tətil günləri используется
- Azərbaycanda Novruz bayramı ilə əlaqədar 12 günlük tətil başladı
- Novruz bayramını harada qeyd edəcəksiniz? - Rayona getmək istəsəm də...
- Bayram günlərində rayonlarımızda istirahət etmək neçəyədir? | Sakinlər qiymətdən narazıdır
- Ramazan bayramı ilə bağlı təqvimdə dəyişiklik edildi
- İyundakı iş və istirahət günlərinin yeri dəyişdirildi
