Выбрать плеер:
İyundakı iş və istirahət günlərinin yeri dəyişdirildi
İyun ayı üçün iki iş və qeyri-iş günlərinin yerləri dəyişdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, iyunun 24-ü və iyunun 25-i, yəni şənbə və bazar iş günləri, iyunun 26, 27, 28, 29 və 30-u isə qeyri-iş günləri olacaq. Növbəti iki gün – 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq.
Qeyd edək ki, 26 iyun Silahlı Qüvvələr Günü, 28 və 29 iyun isə Qurban bayramıdır.
Скопировано
