Выбрать плеер:
Əvvəlki rejimlə su təminatı nə vaxt bərpa olunacaq? | Qurumdan mühüm açıqlama
Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş verən qəzanın aradan qaldırılması işləri yekunlaşıb.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda xəttin su ilə doldurulması prosesinə başlanılıb.
Qəza baş vermiş xətdə borunun zədələnmiş hissəsi xüsusi texnika vasitəsilə çıxarılaraq yeni boru ilə əvəzlənib. Su sızmalarının qarşısının alınması məqsədilə boruların birləşmə yerlərində möhkəmləndirmə və hidroizolyasiya işləri aparılıb.
Kəmər içməli su ilə doldurulduqdan sonra Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarına ötürüləcək. Məhz bu prosesin ardından iyunun 20-i axşam saatlarından etibarən abonentlərin əvvəlki rejimlə su ilə təminatı həyata keçiriləcək.
Скопировано
