Cəmiyyət
Выбрать плеер:

Fazil Mustafaya silahlı hücum edənlər niyyətlərini açıqladı

27 апреля 2024

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Rəşad Əhmədovun saxlanılmasında iştirak edən əməliyyatçılardan biri sonuncu şahid kimi ifadə verib.

O bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşıdır. Təqsirləndirilən Rəşad Əhmədovun psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə baş idarəyə məlumat daxil olduqdan sonra yaradılan əməliyyat qrupuna rəhbərlik edib. 2023-cü il aprelin 14-də Ələt qəsəbəsində keçirilən əməliyyat zamanı Rəşad Əhmədov şübhəli şəxs qismində saxlanılıb.

Daha sonra hakim şahidlərin dindirilməsinin başa çatdığını, işdə olan sənədlərin tədqiqinə başlanıldığını elan edib. Bundan sonra sədr tərəfindən təqsirləndirilən şəxslərdən özlərini təqsirli bilib-bilməmələri soruşulub.

Azər Səricanov bildirib ki, onların Fazil Mustafanı öldürmək niyyətləri olmayıb, sadəcə cəzalandırmaq istəyiblər. O, Fazil Mustafanın siyasi fəaliyyətinə görə yox, dinə qarşı çıxışlarına görə bu əməli törətdiklərini vurğulayıb. 

Скопировано
Nizami Kino Mərkəzində "Şor Biznes" filmi təqdim edildi

Nizami Kino Mərkəzində "Şor Biznes" filmi təqdim edildi

Cəmiyyət
09 мая 2024
Türkiyənin Konya şəhərində “Anadolu Ankası - 2024” təlimi davam edir

Türkiyənin Konya şəhərində “Anadolu Ankası - 2024” təlimi davam edir

Cəmiyyət
09 мая 2024
İnternetdən yayımlanan kanalların fəaliyyəti niyə dayandırıldı? | Qurumdan açıqlama

İnternetdən yayımlanan kanalların fəaliyyəti niyə dayandırıldı? | Qurumdan açıqlama

Cəmiyyət
09 мая 2024
Şuşalılar böyük köç ərəfəsində | Qürur dolu anlar

Şuşalılar böyük köç ərəfəsində | Qürur dolu anlar

Cəmiyyət
09 мая 2024
Hoteldə zəhərlənənlərin yaxınları Baku TV-yə danışdı | Qurum təkzib etdi

Hoteldə zəhərlənənlərin yaxınları Baku TV-yə danışdı | Qurum təkzib etdi

Cəmiyyət
09 мая 2024
Aktyorların çəkilişdə yaşadığı çətinliklər | "Cadı" filminin qala gecəsi keçirildi

Aktyorların çəkilişdə yaşadığı çətinliklər | "Cadı" filminin qala gecəsi keçirildi

Cəmiyyət
09 мая 2024
Həzi Aslanovun müəmmalı həyatı | Fəhləlikdən generallığa necə ucaldı?

Həzi Aslanovun müəmmalı həyatı | Fəhləlikdən generallığa necə ucaldı?

Cəmiyyət
09 мая 2024
İllər sonra yurduna qayıdan Laçın pəhləvanının arzusu nədir?

İllər sonra yurduna qayıdan Laçın pəhləvanının arzusu nədir?

Cəmiyyət
09 мая 2024
Bilmirsən, hansı quruma müraciət edəsən ki... | Piyada səkilərini zəbt edən pilləkənlər

Bilmirsən, hansı quruma müraciət edəsən ki... | Piyada səkilərini zəbt edən pilləkənlər

Cəmiyyət
09 мая 2024
Bakıda hoteldəki dəhşətli hadisə barədə nələr açıqlandı?

Bakıda hoteldəki dəhşətli hadisə barədə nələr açıqlandı?

Cəmiyyət
09 мая 2024
Выбранные
icon