Выбрать плеер:

“Gəldilər, yandırdılar, 4 ildir ki...” | Sakinlərin yolunu kim bağladı? - Baku TV

09 января 2026 38 просмотров

Xətai rayonu ərazisində, Gəncə prospekti ilə Nəsrəddin Tusi küçəsini birləşdirən hissədə ağacların kəsildiyi bildirilir.

Sakinlərin sözlərinə görə, uzun illərdir əkib-becərdikləri yaşıllıqlar tikinti şirkətlərindən biri tərəfindən məhv edilib, bəzi ağaclar yandırılıb, bəziləri isə kəsilib. Eyni zamanda ərazidə yerləşən pilləkənlərin dağıdıldığı qeyd olunur.

“Bir günün içində 50 ilin pilləkənlərini məhv etdilər. Əvvəl bizi aldadıb dedilər ki, burada park olacaq. Sonra gördük ki, bina tikmək istəyirlər”, – deyə sakinlərdən biri narazılığını ifadə edib.

Məsələ ilə bağlı sözügedən tikinti şirkəti – “Hayat Residence” MMC-nin direktoru Miralə Ağayeva açıqlama verib. O bildirib ki, ərazidə ağacların kəsilməsi və ya yandırılması şirkət tərəfindən həyata keçirilməyib.

Direktorun sözlərinə görə, aparılan işlər Şəhərsalma və Arxitektura Komitəsinin razılaşdırılmış əsaslandırma sənədlərinə uyğun icra olunur:

“Layihədə sözügedən ərazidə mövcud pilləkənlərin sökülərək yenidən qurulması nəzərdə tutulub. Layihə çərçivəsində ərazidə dörd ədəd bina inşa ediləcək, eyni zamanda yaşıllıq salınacaq, pilləkənlər bərpa olunacaq və park yaradılacaq. Bütün bu işlər yenidənqurmadan sonra sakinlərin rahatlığı və səmərəli istirahəti üçün nəzərdə tutulub”.

O əlavə edib ki, ərazidəki ağacların köçürülməsi üçün aidiyyəti quruma müraciət olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə ağacların kəsilməsi faktını təsdiqləyib.

“Əraziyə keçirilən baxış zamanı hasara alınmış sahədə ağacların kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi məqsədilə hazırlanır”, – deyə Nazirlikdən vurğulanıb.

Qeyd olunub ki, ərazidə mövcud yaşıllıqlar qeydiyyata alınaraq onlara identifikasiya etiketi vurulub.

Скопировано
23 yaşlı oğlan öldü, 2 bacı isə... | Evlərimizdəki səssiz təhlükə: Buna diqqət edin! - Baku TV

23 yaşlı oğlan öldü, 2 bacı isə... | Evlərimizdəki səssiz təhlükə: Buna diqqət edin! - Baku TV

Cəmiyyət
09 января 2026 38 просмотров
"Yayda toy olmazdı, çünki..." | Gəlini necə seçirdilər? | Biləsuvarın qədim qaydaları - O VAXTLAR

"Yayda toy olmazdı, çünki..." | Gəlini necə seçirdilər? | Biləsuvarın qədim qaydaları - O VAXTLAR

Cəmiyyət
09 января 2026 38 просмотров
Kredit faizləri artır, depozit faizləri isə... | Bu fərq niyə yaranır? - Baku TV

Kredit faizləri artır, depozit faizləri isə... | Bu fərq niyə yaranır? - Baku TV

Cəmiyyət
09 января 2026 38 просмотров
İstirahət parkı baxımsız vəziyyətdə qalıb | Qurumdan vəziyyətlə bağlı açıqlama - Baku TV

İstirahət parkı baxımsız vəziyyətdə qalıb | Qurumdan vəziyyətlə bağlı açıqlama - Baku TV

Cəmiyyət
09 января 2026 38 просмотров
Yumurtanı bu şəkildə yeməyin | Sevilən səhər yeməyi təhlükəli imiş

Yumurtanı bu şəkildə yeməyin | Sevilən səhər yeməyi təhlükəli imiş

Cəmiyyət
09 января 2026 38 просмотров
Ağdərənin 4 kəndinə ilk köç baş tutub

Ağdərənin 4 kəndinə ilk köç baş tutub

Cəmiyyət
09 января 2026 38 просмотров
Bakıda məktəbdə dəhşətə gətirən əməl | Müəllimlər arasında görün nə baş verdi - Baku TV

Bakıda məktəbdə dəhşətə gətirən əməl | Müəllimlər arasında görün nə baş verdi - Baku TV

Cəmiyyət
09 января 2026 38 просмотров
Təhsil sənədləri ilə bağlı dəyişikliklər edilir

Təhsil sənədləri ilə bağlı dəyişikliklər edilir

Cəmiyyət
09 января 2026 38 просмотров
Qəsəbədə hökm sürən biabırçı vəziyyət | "Getdik şikayət etməyə, hər dəfə dedilər ki..." - Baku TV

Qəsəbədə hökm sürən biabırçı vəziyyət | "Getdik şikayət etməyə, hər dəfə dedilər ki..." - Baku TV

Cəmiyyət
09 января 2026 38 просмотров
Toy milli kimliyin ifadəsidir, yoxsa status nümayişi? - AKTUAL GÜNDƏM

Toy milli kimliyin ifadəsidir, yoxsa status nümayişi? - AKTUAL GÜNDƏM

Cəmiyyət
09 января 2026 38 просмотров
Выбранные
icon