Выбрать плеер:
Qəsəbədə hökm sürən biabırçı vəziyyət | "Getdik şikayət etməyə, hər dəfə dedilər ki..." - Baku TV
Naxçıvan şəhərinin Əliabad qəsəbəsində yol problemi sakinlərin narazılığına səbəb olub.
Belə ki, 4000 nəfərdən çox əhalinin yaşadığı qəsəbədə 2025-ci ildə yollarda əsaslı təmir işlərinə başlanılıb. Lakin görülən işlər yalnız qəsəbənin müəyyən hissələrini əhatə edib, digər ərazilər isə yarımçıq vəziyyətdə qalıb.
Sakinlərin sözlərinə görə, yolun təmir olunmayan hissələrində hərəkət demək olar ki, mümkünsüzdür.
“Xəstə adamıq, palçıqdan, zığdan hərəkət edə bilmirik. Şikayət edəndə deyirlər ki, baxılacaq. Gəlib baxdılar, lakin işi yarımçıq qoyub getdilər. Qapımıza maşın da gələ bilmir”, – deyə sakinlərdən biri bildirib.
Скопировано
Тег #Naxçıvan используется
- “Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik” | İlham Əliyev - Baku TV
- "Ümidlərimiz gerçəyə döndü" | Azərbaycanda 2026-cı ilin ilk körpəsi burada dünyaya gəldi - Baku TV
- “Dünyanın ən gözəl hədiyyəsidir” | Ailələrinə qovuşan məhbusların azadlıq sevinci - Baku TV
- Naxçıvanda dəhşətli hadisə | Ahıl qadın xəsarət aldı - Baku TV
- Naxçıvanda dəm qazından zəhərlənən qadınlar xəstəxanaya yerləşdirildi - Baku TV
