"Hansı əsrdə yaşayırıq?!" | Bərbad halda qalan yol | "Taksi deyir ki, bir də gəlməyəcəyəm" - Baku TV
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xudadat Məlik-Aslanov küçəsi, “2-ci döngə” kimi tanınan ərazinin sakinləri küçədə asfalt örtüyünün olmamasından şikayətçidirlər.
Onlar problemlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
"Ötən qış küçəyə çıxa bilmək üçün ayağımıza sellofan torbalar keçirirdik. İndi də yağış suları evimizə dolmasın deyə qapının qabağına torpaq və qum kisələri yığırıq. Asfalt və düzgün infrastruktur olmadığı üçün çirkab suları evlərimizə dolur", – vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə vurğulayıb:
"Buraya köçəndən küçəmiz pis vəziyyətdədir. Ətrafdakı bütün küçələrə asfalt çəkilib, təkcə bizim küçə asfaltsız qalıb. Yolun bərbadlığına görə təcili tibbi yardım və taksilər məhəlləyə girməkdən imtina edirlər. Bilmirik ki, dərdimizi kimə deyək".
