Выбрать плеер:
Hansı sektorda ƏDV-nin 50%- i geri qaytarılacaq? | Vüqar Bayramov detalları açıqladı
Mədəniyyət sahəsində xidmətlər üçün ödənilən Əlavə Dəyər Vergisinin bir hissəsi geri qaytarılacaq.
Bu barədə Baku TV-yə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib.
Deputatın sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, teatr tamaşaları, kino nümayişləri və muzey ziyarətləri zamanı ƏDV-nin 50 faizi vətəndaşlara geri ödənəcək:
“Hazırda ƏDV-nin dərəcəsi 18 faizdir. Bu isə hər 100 manatlıq ödənişdə 18 manat vergi tutulması deməkdir. Yeni tətbiq ediləcək mexanizmə əsasən, həmin məbləğin yarısı, yəni 9 manatı alıcılara geri qaytarılacaq”.
Скопировано
