Выбрать плеер:

Heyvan kəsimi və satışı məntəqələrinə nəzarət başladı | Ünvanların siyahısı nə vaxt açıqlanacaq?

29 апреля 2025 525 просмотров

İyunun 6-7-də qeyd olunacaq Qurban bayramı günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq hazırda ölkə üzrə heyvan kəsimi və satışı məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən monitorinqlər keçirilir.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, aparılan monitorinqlərin nəticələrinə əsasən, qurbanlıq heyvanların kəsimi və satışı yerlərinin ünvanları yaxın günlərdə Agentliyin saytında yerləşdiriləcək və siyahı ictimaiyyətə açıqlanacaq. Həmin ünvanlarda baytarlıq nəzarətindən keçmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq, onların kəsimi isə baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə aparılacaq.

Bununla yanaşı, vətəndaşların tələbatı nəzərə alınaraq bir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla yerli icra orqanları tərəfindən səyyar heyvan kəsimi çadırlarının quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur.

Qeyd olunub ki, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi, satışı, eyni zamanda baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri, xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.

Əlavə olunub ki, bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi, satışı halları ilə rastlaşdıqda vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, eləcə də Agentliyin “1003” Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur.

Скопировано
“Allahın işığı da yandırılmır” | Zülmət içində memorial kompleks | “Parkın borcu olur?!” - Baku TV

“Allahın işığı da yandırılmır” | Zülmət içində memorial kompleks | “Parkın borcu olur?!” - Baku TV

Cəmiyyət
25 мая 2026 525 просмотров
“Maşın keçəndə bina elə silkələnir ki...” | Qorxu içində qalan sakinlər - Baku TV

“Maşın keçəndə bina elə silkələnir ki...” | Qorxu içində qalan sakinlər - Baku TV

Cəmiyyət
25 мая 2026 525 просмотров
"6 aylıqdan yuxarı heyvanların kəsiminə istiqamətlənin" | AQTA-dan çağırış

"6 aylıqdan yuxarı heyvanların kəsiminə istiqamətlənin" | AQTA-dan çağırış

Cəmiyyət
25 мая 2026 525 просмотров
“10 kəsim məntəqəsi fəaliyyət göstərəcək” | AQTA-dan vətəndaşlara müraciət - Baku TV

“10 kəsim məntəqəsi fəaliyyət göstərəcək” | AQTA-dan vətəndaşlara müraciət - Baku TV

Cəmiyyət
25 мая 2026 525 просмотров
Bayramda qurban kəsmək istəyənlərin nəzərinə | AQTA-dan açıqlama - Baku TV

Bayramda qurban kəsmək istəyənlərin nəzərinə | AQTA-dan açıqlama - Baku TV

Cəmiyyət
25 мая 2026 525 просмотров
AQTA-dan Qurban bayramı münasibətilə mediaya açıqlama - Baku TV CANLI

AQTA-dan Qurban bayramı münasibətilə mediaya açıqlama - Baku TV CANLI

Cəmiyyət
25 мая 2026 525 просмотров
"Pis günlərimiz geridə qaldı" | Şükürbəyli kəndi öz sakinlərinə qovuşur - Baku TV

"Pis günlərimiz geridə qaldı" | Şükürbəyli kəndi öz sakinlərinə qovuşur - Baku TV

Cəmiyyət
25 мая 2026 525 просмотров
Biləsuvarda kəndə sel gəldi | Evlərə su doldu - Baku TV

Biləsuvarda kəndə sel gəldi | Evlərə su doldu - Baku TV

Cəmiyyət
25 мая 2026 525 просмотров
Həftənin ilk günü hava necə olacaq? | Qurumdan açıqlama - Baku TV

Həftənin ilk günü hava necə olacaq? | Qurumdan açıqlama - Baku TV

Cəmiyyət
24 мая 2026 525 просмотров
Siyəzəndə sakinlərin üzləşdiyi problem nə vaxt həll olunacaq? - Baku TV

Siyəzəndə sakinlərin üzləşdiyi problem nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
24 мая 2026 525 просмотров
Выбранные
icon