Выбрать плеер:
Biləsuvarda kəndə sel gəldi | Evlərə su doldu - Baku TV
Biləsuvar rayonunun Zəhmətabad kəndində 50-yə yaxın ev və həyətyanı sahə yağış sularından zərər görüb.
Mayın 22-də başlayan aramsız yağış qısa müddətdə güclənərək kənddə ciddi fəsadlar törədib. Bir sıra evlərə su dolub, sakinlər ciddi çətin vəziyyətlə üzləşiblər.
“Vahimə bürüdü, elə bildik ki, dünyanın axırıdır. Evlərimiz kərpicdəndir, uçmasından qorxuruq. Dam uçub, toyuq-cücə dağıntı altında qalıb”, – sakinlərdən biri bildirib.
Скопировано
