Выбрать плеер:

İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - Baku TV

05 мая 2026 391 просмотров

Metro və avtobuslarda yayxanaraq oturan, bununla da digər sərnişinlərə mane olan şəxslər cərimələnə, hətta həbs oluna bilərlər.

İnzibati Xətalar Məcəlləsinə əsasən, bu cür hərəkətlər xırda xuliqanlıq maddəsi üzrə qiymətləndirilir. İctimai nəqliyyatda qaydaları pozan şəxsləri 50 manatdan 100 manatadək məbləğdə cərimə gözləyir. Bu tədbirin tətbiqi kifayət hesab edilmədikdə isə qanunvericilik 15 günədək inzibati həbs nəzərdə tutur.

Məsələ ilə bağlı paytaxt sakinlərinin fikirləri fərqlidir.

“Ola bilər ki, insan fikirli, halsız və ya işdən çıxdığı üçün yorğun olsun. Sadəcə, rahat oturmaq istəyir. Mən buna normal baxıram”, – deyə sakinlərdən biri bildirib.

Digər bir vətəndaş isə bu cür halların narahatlıq yaratdığını vurğulayıb:

“İki nəfərin yerini tuturlar. Etiraz edəndə isə hələ bir qulaqlıqlarını taxıb “bir az o yana otur” deyirlər”.

Hüquqşünas Hikmət Əliyev məsələnin hüquqi tərəflərinə aydınlıq gətirərək bildirib ki, hər bir hal fərdi şəkildə qiymətləndirilməlidir:

“İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanın pozulması və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanlıq hesab olunur. Lakin ictimai nəqliyyatda şəxslərin uyğunsuz şəkildə əyləşməsi hər zaman bu maddə ilə qiymətləndirilə bilməz.

Hüquqi məsuliyyət yalnız o halda yaranır ki, həmin hərəkət digər sərnişinlərin hüquqlarını pozsun və ya cəmiyyətə qarşı nümayişkaranə hörmətsizlik xarakteri daşısın. Yəni yayxanaraq oturmaq faktı öz-özlüyündə xırda xuliqanlıq sayılmır. Yalnız ictimai asayişin pozulduğu və başqalarının hüquqlarına müdaxilə edildiyi halda bu maddə çərçivəsində məsuliyyət məsələsi gündəmə gələ bilər”.

Скопировано
Aleksandr Şarovskinin dəfn mərasimindən görüntülər - Baku TV

Aleksandr Şarovskinin dəfn mərasimindən görüntülər - Baku TV

Cəmiyyət
09 сентября 2026 391 просмотров
"Bəzi işəgötürənlər xərcləri də qarşılayır" | Layihədə iştirak proseduru necədir? - Baku TV

"Bəzi işəgötürənlər xərcləri də qarşılayır" | Layihədə iştirak proseduru necədir? - Baku TV

Cəmiyyət
09 сентября 2026 391 просмотров
"Keyfiyyəti yoxdur deyə çökür" | Yolların asfalt örtüyü niyə tez-tez sıradan çıxır? - Baku TV

"Keyfiyyəti yoxdur deyə çökür" | Yolların asfalt örtüyü niyə tez-tez sıradan çıxır? - Baku TV

Cəmiyyət
09 сентября 2026 391 просмотров
"Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində nümayəndə heyəti Xankəndidə - Baku TV

"Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində nümayəndə heyəti Xankəndidə - Baku TV

Cəmiyyət
09 сентября 2026 391 просмотров
"Sümüyüm çıxmışdı çölə" | Motosikletlə toya gələn gəlin və bəy qonaqları şoka saldı - Baku TV

"Sümüyüm çıxmışdı çölə" | Motosikletlə toya gələn gəlin və bəy qonaqları şoka saldı - Baku TV

Cəmiyyət
09 сентября 2026 391 просмотров
Biz sakitlik istəyirik | Hansı avtobus sürücüsü sərnişinlərə Bayram Kürdəxanlını dinlətdi? - Baku TV

Biz sakitlik istəyirik | Hansı avtobus sürücüsü sərnişinlərə Bayram Kürdəxanlını dinlətdi? - Baku TV

Cəmiyyət
09 сентября 2026 391 просмотров
"Hər zaman yaddaşlarda qalacaq" | Aleksandr Şarovski ilə vida mərasimi - Baku TV

"Hər zaman yaddaşlarda qalacaq" | Aleksandr Şarovski ilə vida mərasimi - Baku TV

Cəmiyyət
09 сентября 2026 391 просмотров
Layihədə iştirak proseduru necədir?

Layihədə iştirak proseduru necədir?

Cəmiyyət
09 сентября 2026 391 просмотров
"Ölüm yolu"nda daha bir faciə | Bu yolda niyə tədbir görülmür? - Baku TV

"Ölüm yolu"nda daha bir faciə | Bu yolda niyə tədbir görülmür? - Baku TV

Cəmiyyət
09 сентября 2026 391 просмотров
"Zəfərin yolu: Qələbənin izi ilə" | Üç ölkədən olan azərbaycanlı din xadimləri Ağdamda - Baku TV

"Zəfərin yolu: Qələbənin izi ilə" | Üç ölkədən olan azərbaycanlı din xadimləri Ağdamda - Baku TV

Cəmiyyət
09 сентября 2026 391 просмотров
Выбранные
icon