Cəmiyyət
Выбрать плеер:

İsanın atasız doğulmasının səbəbi | Məryəm hansı cavabla ölüm hökmünə imza atdı? - AMİN

02 января 2025 35 просмотров

Baku TV-nin “Amin” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında protestant kilsəsinin pastoru Pərviz Mahmudov və ilahiyyatçı Kövsər Tağıyev ilə İsa peyğəmbər haqqında müzakirə aparılıb.

Bütün peyğəmbərlərin dəyərli olduğunu söyləyən ilahiyyatçı Kövsər Tağıyev bildirib ki, İslam dinində Həzrət İsa “Ulul-əzm” peyğəmbərlərdən hesab olunur:

“Bu, əzmkarlıq sahibi deməkdir və seçilmiş peyğəmbərləri nəzərdə tutur. Burada beş peyğəmbərin adı çəkilir – Nuh, Musa, İsa, İbrahim və Məhəmməd. Həmin peyğəmbərlərin böyük çətinliklərə məruz qalmaları, ağır imtahanlardan keçmələri və bunlara səbr etmələri onların “Ulul-əzm” sayılmasına gətirib çıxarıb”.

Xristianlıqdakı günah anlayışından bəhs edən Pərviz Mahmudov bildirib ki, bu dində uşaq ana bətnində olandan günahkar hesab olunur:

“Buna görə İsanın digər adı ikinci Adəmdir. Günah bəşəriyyətə birinci Adəm vasitəsilə gəlib və ikinci Adəm ilə insanlardan götürülüb. İsanın atasız doğulmasının səbəbi o idi ki, bəşər övladı lənətlənmişdi. Tövrata əsasən, Adəm qadağan olunmuş meyvəni yedikdən sonra Allah onu, Həvvanı və iblisi lənətləyir. Bu səbəbdən İsanın doğulmasında kişinin rolu olmayıb, çünki günahkardan günahkar doğulur. Buna görə də o, günahsız olur”.

İlahiyyatçı Kövsər Tağıyev xristianlıqdakı günah anlayışını islam nöqteyi-nəzərindən şərh edib. O bildirib ki, islamda bütün insanlar pakdır:

“Xristianlıqda belə qəbul olunur ki, Həzrət İsa özünü insanların günahlarını təmizləmək üçün fəda edib. İslam dinində isə bu tamamilə fərqlidir. Bütün insanlar pakdır, günah işləməyənədək hər kəs günahsızdır. Onların günahlarından təmizlənməsi üçün də başqa birinin özünü fəda etməsinə gərək yoxdur. Bunun üçün insanın öz imtahanı ilə başa çıxması lazımdır. Bu mənada insan Allah ilə təkbaşınadır. Xristianlıqda Həzrət İsa Allahın oğlu hesab olunur. Amma islam bunu inkar edir”.

Скопировано
Gənc qalmağın sirri ortaya çıxdı? | Alimlərdən inanılmaz kəşf

Gənc qalmağın sirri ortaya çıxdı? | Alimlərdən inanılmaz kəşf

Cəmiyyət
04 января 2025 35 просмотров
Hökumə hamımız üçün nümunə oldu | Qəhrəman bələdçinin həmkarları xatirələrini bölüşdü

Hökumə hamımız üçün nümunə oldu | Qəhrəman bələdçinin həmkarları xatirələrini bölüşdü

Cəmiyyət
04 января 2025 35 просмотров
Yayılan şəkillər faktları təsdiqlədi | AZAL təyyarəsinin düşdüyü qəza ilə bağlı yeni xəbər

Yayılan şəkillər faktları təsdiqlədi | AZAL təyyarəsinin düşdüyü qəza ilə bağlı yeni xəbər

Cəmiyyət
04 января 2025 35 просмотров
Bu şəkildə oturursunuzsa, səhv edirsiniz | Həkim həyəcan təbili çaldı

Bu şəkildə oturursunuzsa, səhv edirsiniz | Həkim həyəcan təbili çaldı

Cəmiyyət
04 января 2025 35 просмотров
9 saatdan çox yatmaq... | İslandiyalı alimlərdən yuxu ilə bağlı araşdırma

9 saatdan çox yatmaq... | İslandiyalı alimlərdən yuxu ilə bağlı araşdırma

Cəmiyyət
04 января 2025 35 просмотров
Tədqiqatların nəticələri açıqlandı | Zəngəzur Milli Parkından görüntülər

Tədqiqatların nəticələri açıqlandı | Zəngəzur Milli Parkından görüntülər

Cəmiyyət
04 января 2025 35 просмотров
Qazaxıstan Nəqliyyat Nazirliyindən AZAL təyyarəsi ilə bağlı təcili açıqlama

Qazaxıstan Nəqliyyat Nazirliyindən AZAL təyyarəsi ilə bağlı təcili açıqlama

Cəmiyyət
04 января 2025 35 просмотров
Fəaliyyəti bərpa olunan Bakı-Balakən qatarı barədə detallar

Fəaliyyəti bərpa olunan Bakı-Balakən qatarı barədə detallar

Cəmiyyət
04 января 2025 35 просмотров
AZAL təyyarəsinin “hərbiyə aid hissəsi” gizli saxlanılır | Detallar üzə çıxdı

AZAL təyyarəsinin “hərbiyə aid hissəsi” gizli saxlanılır | Detallar üzə çıxdı

Cəmiyyət
04 января 2025 35 просмотров
Azər Baxşəliyevin xanımından duyğulandıran paylaşım | Aktyorun vəziyyəti necədir?

Azər Baxşəliyevin xanımından duyğulandıran paylaşım | Aktyorun vəziyyəti necədir?

Cəmiyyət
04 января 2025 35 просмотров
Выбранные
icon