Cəmiyyət
Выбрать плеер:
Maaşların artımı gözləniləndən az ola bilər | Əməkhaqqı barədə xəbərdarlıq
Azərbaycanda əmək pensiyalarının artımı əvvəlki ildə ortaaylıq əməkhaqqının illik artımına uyğun həyata keçirilir.
Bu il isə ortaaylıq əməkhaqqının artım tempində azalma müşahidə edilir.
Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında ortaaylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artmışdırsa, yanvar-iyul aylarında bu göstərici 8,3 faizə enib.
Proqnoza görə isə maaşların artımı 6 faizə enəcək. Bu, 2025-ci ildə pensiyaların da təxminən bu səviyyədə artacağına işarədir. Bununla belə, inflyasiya artan dinamika ilə dəyişməkdədir.
Aprel ayında illik inflyasiya 0,3 faiz olsa da, avqustda bu göstərici 3,5 faizə yüksəlib.
Bəs belə olan halda əmək pensiyaçılarına əlavə yardım edilə bilər?
Скопировано
Выбранные