Выбрать плеер:

“Maşınlar, avtobuslar bu yolda batır” | Sumqayıtda sakinlər çıxılmaz durumda

11 декабря 2025 22 просмотров

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsinin sakinləri yol problemindən şikayətçidirlər.

Sakinlərin sözlərinə görə, yolda uzun müddətdir aparılan təmir işləri hələ də başa çatmayıb. Son günlər yağan intensiv yağışlar isə vəziyyəti daha da çətinləşdirib.

“Bir ilə yaxındır ki, burada təmir işləri getsə də, proses hələ də yekunlaşmır. Yağış yağanda hərəkət etmək daha da çətinləşir. Mağazaya getmək üçün bir saat vaxt sərf edirəm”, – onlardan biri söyləyib.

Digər bir vətəndaş isə narazılığını belə ifadə edib:

“Yollar palçıq içindədir. Uşaqlar məktəbə gedə bilmirlər. Maşınlar, avtobuslar bu yolda batır, insanlar əziyyət çəkirlər. Yol tez bir zamanda düzəlsə, yaxşı olar”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərdə kanalizasiya və yağış suları sisteminin yenidən qurulması istiqamətində mühüm infrastruktur layihəsinin icrasına başlanılıb:

“Sözügedən ərazidə yeni kanalizasiya xətti çəkilmiş və hazırda həmin hissədə işlər yekunlaşmaq üzrədir. Layihə çərçivəsində nəzərdə tutulan işlər tam başa çatdıqdan sonra ərazidə asfaltlanma prosesi həyata keçiriləcək”.

Arzuları yarımçıq qalan 24 yaşlı Əvəz Cəfərovun doğmaları fəryad edir - Baku TV

Arzuları yarımçıq qalan 24 yaşlı Əvəz Cəfərovun doğmaları fəryad edir - Baku TV

Cəmiyyət
11 декабря 2025 22 просмотров
29 ailə doğma yurduna qayıtdı

29 ailə doğma yurduna qayıtdı

Cəmiyyət
11 декабря 2025 22 просмотров
“Mənim şəkillərimi söyüşlə paylaşıb” | Ayrıldığı ərindən Gülşənlə bağlı şok sözlər - ARZUNUN VAXTI

“Mənim şəkillərimi söyüşlə paylaşıb” | Ayrıldığı ərindən Gülşənlə bağlı şok sözlər - ARZUNUN VAXTI

Cəmiyyət
11 декабря 2025 22 просмотров
Azad Mirzəcanzadə inkişaf proqramı tərəfindən dəstəklənən tədbir - Baku TV

Azad Mirzəcanzadə inkişaf proqramı tərəfindən dəstəklənən tədbir - Baku TV

Cəmiyyət
11 декабря 2025 22 просмотров
Ucarda antisanitar vəziyyətdə yaşayan sakinlərin aqibəti necə olacaq? - Baku TV

Ucarda antisanitar vəziyyətdə yaşayan sakinlərin aqibəti necə olacaq? - Baku TV

Cəmiyyət
11 декабря 2025 22 просмотров
"İçəri girirsən ki..." | İncəsənət Gimnaziyasındakı vəziyyət valideynləri özündən çıxardı - Baku TV

"İçəri girirsən ki..." | İncəsənət Gimnaziyasındakı vəziyyət valideynləri özündən çıxardı - Baku TV

Cəmiyyət
11 декабря 2025 22 просмотров
Sürücülərin başına oyun açan nişan | Çətin görünən problemin asan həlli isə... - NECƏ OLMALIDIR?

Sürücülərin başına oyun açan nişan | Çətin görünən problemin asan həlli isə... - NECƏ OLMALIDIR?

Cəmiyyət
11 декабря 2025 22 просмотров
Kredit yükünü azaldan möhtəşəm kampaniya! | Birbank-dan Yeni il hədiyyəsi

Kredit yükünü azaldan möhtəşəm kampaniya! | Birbank-dan Yeni il hədiyyəsi

Cəmiyyət
11 декабря 2025 22 просмотров
“Deyir ki, buranın yiyəsi mənəm” | Sulutəpə sakinləri əlbəyaxa davaya çıxdı - Baku TV

“Deyir ki, buranın yiyəsi mənəm” | Sulutəpə sakinləri əlbəyaxa davaya çıxdı - Baku TV

Cəmiyyət
11 декабря 2025 22 просмотров
Şabranda sürüşmə davam edir | Əhali üçün təhlükəli vəziyyət - Baku TV

Şabranda sürüşmə davam edir | Əhali üçün təhlükəli vəziyyət - Baku TV

Cəmiyyət
11 декабря 2025 22 просмотров
Выбранные
icon