Выбрать плеер:

Mavi işığın qaranlıq tərəfi | Orqanizmi təhlükəyə atan vərdişlər

07 июня 2025 387 просмотров

Hər gün saatlarla telefonda asılı vəziyyətdə qalmaq bədənə və psixi sağlamlığa zərər verə bilər.

Ekspertlərin sözlərinə görə, telefonda uzun müddət vaxt keçirmək sadəcə göz yorğunluğu ilə bitmir, orqanizmdə xroniki xəstəliklərə və həyat keyfiyyətinin pisləşməsinə gətirib çıxaran ciddi dəyişikliklərə səbəb ola bilər.

Ən geniş yayılmış fiziki problemlərdən biri əyilən baş sindromudur. Telefon ekranına baxarkən başımız irəli əyilir. Başın çəkisi 4-5 kiloqram olsa da, 15 dərəcə əyildikdə boyna düşən yük 12 kiloqram, 60 dərəcə bucaq altında isə 27 kiloqrama qədər artır.

Bu yüklənmə boyun, çiyin və yuxarı kürək əzələlərini həddindən artıq gərginləşdirir, nəticədə xroniki ağrılar, spazmlar, onurğa degenerasiyası, düzgün olmayan duruş və boyun bölgəsində el təbirincə desək, “qozbellik” yaranır.

Telefon ekranları həm də mavi işıq yayır. Bu işıq və uzunmüddətli yaxın məsafəyə baxış, eləcə də azalmış göz qırpılma tezliyi görmə problemlərinə yol açır. Həmçinin koqnitiv funksiyaların zəifləməsinə, xroniki yorğunluğa və yuxusuzluğa gətirib çıxarır.

Mütəxəssislər bildirirlər ki, oturaraq və ya uzanaraq keçən saatlar hərəkətsizliyə, bu da öz növbəsində artıq çəkiyə, piylənməyə, 2-ci tip diabet və ürək-damar xəstəliklərinə yol açır.

Скопировано
"Xaricdə təhsil şirkətlərinin yarıdan çoxu dələduzluqla məşğuldur" - Baku TV

"Xaricdə təhsil şirkətlərinin yarıdan çoxu dələduzluqla məşğuldur" - Baku TV

Cəmiyyət
10 января 2026 387 просмотров
Meyvə şirəsinin içindən çıxan naməlum maddə nədir? - Baku TV

Meyvə şirəsinin içindən çıxan naməlum maddə nədir? - Baku TV

Cəmiyyət
10 января 2026 387 просмотров
FHN güclü küləklə bağlı xəbərdarlıq etdi - Baku TV

FHN güclü küləklə bağlı xəbərdarlıq etdi - Baku TV

Cəmiyyət
10 января 2026 387 просмотров
“Bəzən adlarını unuduruq” | 8 nəvəsi olan nənə-babanın yeni övlad sevinci - Baku TV

“Bəzən adlarını unuduruq” | 8 nəvəsi olan nənə-babanın yeni övlad sevinci - Baku TV

Cəmiyyət
10 января 2026 387 просмотров
Öskürək bu qədər davam edirsə... | Tənəffüs yollarında səssiz inkişaf edən xəstəliklər - BAKU MED

Öskürək bu qədər davam edirsə... | Tənəffüs yollarında səssiz inkişaf edən xəstəliklər - BAKU MED

Cəmiyyət
10 января 2026 387 просмотров
23 yaşlı oğlan öldü, 2 bacı isə... | Evlərimizdəki səssiz təhlükə: Buna diqqət edin! - Baku TV

23 yaşlı oğlan öldü, 2 bacı isə... | Evlərimizdəki səssiz təhlükə: Buna diqqət edin! - Baku TV

Cəmiyyət
09 января 2026 387 просмотров
"Yayda toy olmazdı, çünki..." | Gəlini necə seçirdilər? | Biləsuvarın qədim qaydaları - O VAXTLAR

"Yayda toy olmazdı, çünki..." | Gəlini necə seçirdilər? | Biləsuvarın qədim qaydaları - O VAXTLAR

Cəmiyyət
09 января 2026 387 просмотров
Kredit faizləri artır, depozit faizləri isə... | Bu fərq niyə yaranır? - Baku TV

Kredit faizləri artır, depozit faizləri isə... | Bu fərq niyə yaranır? - Baku TV

Cəmiyyət
09 января 2026 387 просмотров
İstirahət parkı baxımsız vəziyyətdə qalıb | Qurumdan vəziyyətlə bağlı açıqlama - Baku TV

İstirahət parkı baxımsız vəziyyətdə qalıb | Qurumdan vəziyyətlə bağlı açıqlama - Baku TV

Cəmiyyət
09 января 2026 387 просмотров
Yumurtanı bu şəkildə yeməyin | Sevilən səhər yeməyi təhlükəli imiş

Yumurtanı bu şəkildə yeməyin | Sevilən səhər yeməyi təhlükəli imiş

Cəmiyyət
09 января 2026 387 просмотров
Выбранные
icon