Media savadlılığının perspektivləri müzakirə olunub - Baku TV
Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Media Savadlılığı” Həftəsinin yekunu olaraq “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” mövzusunda konfrans təşkil olunub.
Media savadlılığının gücləndirilməsi, rəqəmsal transformasiya şəraitində informasiyanın düzgün dəyərləndirilməsi və süni intellekt texnologiyalarının media mühitinə təsirinin müzakirəsi məqsədilə təşkil olunan konfrans “Rəqəmsal dünyada həqiqi dostların izində” mövzusunda səhnə təqdimatı və media savadlılığına dair qısa videoçarxın nümayişi ilə başlayıb.
Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov rəqəmsallaşmanın sürətlənməsi və süni intellekt texnologiyalarının geniş yayılması fonunda media savadlılığının əhəmiyyətinin daha da artdığını vurğulayıb.
“Media Savadlılığı” Həftəsi çərçivəsində 5 mindən çox gənc maarifləndirmə tədbirlərində iştirak edib.
Müzakirə zamanı media savadlılığının erkən yaşlardan formalaşdırılmasının əhəmiyyəti, gənclərin rəqəmsal mühitdə düzgün informasiya davranışlarının təşviqi, dövlət qurumları, özəl sektor və media subyektləri arasında bu sahədə əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparılıb.
Тег #Medianın İnkişafı Agentliyi используется
- Azərbaycanda yeni qurum yaradılacaq | Regionun üç gücü eyni cəbhədə - YENİ BİR SƏHƏR
- Bakı ilə Paris arasında media cəbhəsində yaşanan son gərginlik - Baku TV CANLI
- Gənc media nümayəndələri üçün yeni sessiya başladı: Layihənin əsas məqsədi nədir? - Baku TV
- “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa - Baku TV
- "İctimai proseslər media müstəvisində" | MEDİA-nın təşkilatçılığı ilə III forum keçirildi - Baku TV
