"O cür təmirli idi, məni qovdular" - Şirkətin onu aldatdığını deyən qadın fəryad etdi - Baku TV
Nərimanov rayonu, Qarabağ 11 ünvanında bir vaxtlar köhnə tikililər yerləşirdi. Həmin tikililər sökülüb, yerində yeni çoxmərtəbəli binalar inşa olunub. Köhnə tikililərdə yaşayan vətəndaşlara isə yeni binalardan mənzillər verilib.
Amma bəzi sakinlər onlara verilən mənzillərdən narazıdırlar. Onlar bildirirlər ki, bu evlərdə yaşamaq mümkün deyil.
“Söküntüdən sonra bizə yeni binadan mənzil verildi. Üstəlik, əlavə kvadratmetrə görə ödəniş də etmişik. 2023-cü ildə bizə zəng etdilər ki, eviniz hazırdır, gəlib baxa bilərsiniz. Mənzilin vəziyyəti məni qane etmədi. Divarlarda çatlar var, su və kanalizasiya sistemində problemlər mövcuddur. Şərait yaxşı deyil, yaşayış üçün yararsızdır. Şirkətin nümayəndələrinə müraciət etdim, amma məni içəriyə belə buraxmadılar, qovdular. Dedilər ki, haraya istəyirsiniz şikayət edin, biz heç kimə kömək etmirik. Mən həm pul ödəmişəm, həm də zərər çəkmişəm. Hüquqlarım pozulub. Müqavilədə mənzilin tam təmirli verilməsi nəzərdə tutulub. Amma bununla bağlı heç bir əsaslı iş görülməyib. Məni aldadıblar”, – şikayətçi Məhəbbət Şamayeva deyib.
Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, vətəndaş Məhəbbət Şamayevanın “İnteks” MTK ilə yaranmış probleminin müsbət həlli üçün şirkət rəhbərliyinə müraciət olunub.
Qeyd edilib ki, şirkət qısa zamanda mövcud problemin aradan qaldırılması istiqamətində tədbirlər görəcəyini bildirib.
Тег #Nərimanov rayonu используется
- "Bizi aldatdılar!" | Evlərinin yerində bina tikdilər, indi nə pul verirlər, nə də... - Baku TV
- "O divar da düşəcək" | Fasadı uçan binanın sakinləri narahatdır - Baku TV
- Güclü külək Bakıda bir sıra fəsadlara səbəb oldu - Baku TV
- "Yol təmiz olmalıdır" | Piyada səkisində tikilən obyekt narazılıq yaratdı - Baku TV
- Hasar uçaraq avtomobilləri yararsız vəziyyətə saldı | Dəyən ziyanı kim ödəyəcək? - Baku TV
