Выбрать плеер:
Münasib Mehdiyev doğma kəndində torpağa tapşırıldı | Şəhidin qardaşı danışdı
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 33 il sonra nəşinin qalıqları tapılan şəhid hərbi qulluqçu Münasib Mehdiyev dəfn olunub.
“Çağırışçı kimi getmişdi, şəhid oldu. Dövlətimiz sağ olsun ki, 33 ildən sonra bizi qardaşıma qovuşdurdu”, − şəhidin qardaşı Adil Mehdiyev jurnalistlərə müsahibəsində söyləyib.
Qeyd edək ki, Samux rayonunun Qovlarsarı kəndində anadan olan Münasib Mehdiyev 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olub. İtkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən şəhidin nəşinin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılıb.
Скопировано
